Fevral ayında ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı ümumilikdə 108 qərar qəbul edilib.
Bu barədə Bizim.Media-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Həmçinin əlavə edilib ki, cari ilin fevral ayında olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 16 762 müraciət daxil olub.
Bizim.Media