62 mindən çox şagird buraxılış imtahanı VERƏCƏK

Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək.

Bizim.Media xəbər verir ki, barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 

Bildirilib ki, DİM tərəfindən martın 15-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb), Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.


Martın 15-də Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə təhsil alanlar da imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.


İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından martın 5-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

Martın 15-də keçiriləcək imtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
 

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.


Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Gədəbəy kartofu” adı ilə satılsa da, bu ölkələrdən gətirilir... – DETALLAR

“Gədəbəy kartofu” adı ilə satılsa da, bu ölkələrdən gətirilir... – DETALLAR

Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib – BMT rəsmisi

Qlobal Bakı Forumu dünyadakı parçalanmanın qarşısının alınmasına yönəlib – BMT rəsmisi

Arvadını öldürdü, qalıqlarını 10 ildən çox anbarda gizlətdi

Arvadını öldürdü, qalıqlarını 10 ildən çox anbarda gizlətdi

Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi – FOTO

Fərid Qayıbov onu özünə yenidən müşavir təyin etdi – FOTO

Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə alış-verişlə bağlı əhaliyə XƏBƏRDARLIQ

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-ə yaxın ARTIRIB

Azərbaycan qeyri-neft-qaz ixracını 20 %-ə yaxın ARTIRIB

SON DƏQİQƏ! Müctəba Xameneinin yaralandığı TƏSDİQLƏNDİ – RƏSMİ

SON DƏQİQƏ! Müctəba Xameneinin yaralandığı TƏSDİQLƏNDİ – RƏSMİ

Kreditlərlə bağlı MÜHÜM YENİLİK olacaq

Kreditlərlə bağlı MÜHÜM YENİLİK olacaq

Müavinət alanların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

Müavinət alanların NƏZƏRİNƏ - Bu tarixdə ödəniləcək

İlham Əliyev: “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər”

İlham Əliyev: “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər”

Bu gecə ehtimal edilən 3-cü Qədr gecəsidir

Bu gecə ehtimal edilən 3-cü Qədr gecəsidir

“Qarabağ”dan Braziliya klubuna RƏSMİ TƏKLİF

“Qarabağ”dan Braziliya klubuna RƏSMİ TƏKLİF

Prezident: "Azərbaycan bu göstəricidə dünyada bir nömrəli ölkədir"

Prezident: "Azərbaycan bu göstəricidə dünyada bir nömrəli ölkədir"

"Ölmədik, bu günü də gördük"

"Ölmədik, bu günü də gördük"

Dövlət başçısından neft qiymətlərindəki artımla bağlı AÇIQLAMA

Dövlət başçısından neft qiymətlərindəki artımla bağlı AÇIQLAMA

Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR

Bakıda TIR-larla yolu bağlayan şirkət rəhbəri ilə bağlı QƏRAR

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

Gəncədə oğlunun öldürdüyü şəxs direktor müavini imiş – FOTO

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

İlham Əliyev: "Biz bu gün beynəlxalq diqqətin çatışmamasından əziyyət çəkirik"

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Konfrans Liqası: “Samsunspor” “Rayo Valyekano”nu sınağa ÇƏKƏCƏK

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Prezident: “Biz Ermənistanla sülhə yalnız kağız üzərində nail olmamışıq”

Tramp: “ABŞ İrana qalib gəlib” – VİDEO

Tramp: “ABŞ İrana qalib gəlib” – VİDEO

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

Prezident: “Təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub”

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

"Bitcoin"in qiyməti yenidən 69 min dollara endi

End of content

No more pages to load

RADİO