Uzun müddətli burun tutulması tez-tez adi soyuqdəymə və ya allergiya kimi qəbul edilir. Lakin qoxu itkisi ilə müşayiət olunan burun tıxanıqlığı ağır xəstəliyin nəticəsi ola bilər.
Bizim.Media xəbər verir ki, mütəxəssislər bunun poliplərdən irəli gəldiyini bildirib.
Mütəxəssislər bildirirlər ki, bu simptomlar uzun müddət davam edərsə, mütləq həkimə müraciət edilməlidir.
Burun tutulması və qoxu bilməmək bəzən soyuqdəymə zamanı müşayiət edilir. Bəzi hallarda isə heç qrip olmayanda da belə halla qarşılaşmaq olur. Bunun poliplərin əlaməti ola biləcəyi danılmazdır. Əgər heç vaxt tam açılmayan və qoxu itkisi ilə müşayiət olunan davamlı burun tıkanıklığı varsa, səbəb araşdırılmalıdır.
Burun polipləri burun və sinusların daxili səthinin uzun müddət şişməsi nəticəsində əmələ gələn yumşaq, ağrısız toxuma böyümələridir. Onlar yeni yaranan vaxtlar xərçəng hesab edilmirlər. Onlar hava yollarını daraltmaqla və sinusların təbii drenajının qarşısını almaqla həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı sala bilərlər.
Bu şişkinlik zamanla yumşaq toxumaların əmələ gəlməsinə səbəb olur və havanın keçməsini çətinləşdirir. Nəticədə, insan daim tıxanıqlıq hiss edir. Problemin kökü immun sisteminin burun toxumasına qarşı inkişaf etdirdiyi həddindən artıq həssaslıqdır. Allergiya, astma, aspirinə həssaslıq, xroniki sinüzit, siqaret tüstüsü və hava çirkliliyi bu prosesi artıra bilər.
Diqqət yetirilməli ən vacib tapıntı qoxu hissinin azalması və ya tamamilə itirilməsidir. Bundan əlavə, burun arxasından axıntı, başda dolğunluq hissi, ağızdan nəfəs alma, xorultu və tez-tez sinusit tutmaları baş verə bilər. Bu zaman mütləq həkimə müraciət edilməlidir.
Evdə burun spreylərindən istifadə müvəqqəti hesab edilir. Getdikcə qoxu bilmə hissini itirəcəksiniz. Bu, xəstəliyin daha ciddi mərhələyə keçməsinin xəbərçisidir. Əgər səbəb polipdirsə mütləq əməliyyat olunmalıdır. (axsam.az)
Bizim.Media