Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür: Nəticələr ləğv olunacaq?

“Martın 9-da 11 illik orta təhsil səviyyəsi üçün buraxılış imtahanı keçirilib. İmtahandan sonra bir çox şagird və valideyn narazılıq bildirib. Onların sözlərinə görə, suallar həddindən artıq çətin olub və bəzi tapşırıqlar məktəbdə keçilən mövzulara uyğun gəlməyib. Bir qrup valideyn isə iddia edir ki, imtahanda yer alan bəzi suallar Türkiyə və Gürcüstanın tədris proqramına uyğun hazırlanıb”.

Bizim.Media xəbər verir ki, bu açıqlama ilə dosent İlham Əhmədov çıxış edib.

O, bildirib ki, bu il daha çox narazılıq var. Eyni problemlər hər il təkrarlanır, hər dəfə də eyni problemlərdir:

“Burada əsas məsələ sualların asan ya çətin, proqrama uyğun ya proqramdan kənar olması deyil. Məncə bu durum, daha ciddidir, bu ölkədə təhsil siyasətinin mükəmməl olmaması ilə əlaqədardır.
 

İmtahan sualları ilə əlaqədar detalları fənn müəllimləri izah edə bilər, amma indi bu prinsipial deyil. ETN və DİM sinxron işləməlidir, vahid təhsil siyasəti olmalıdır. Mən daha çox ETN-i günahkar görürəm. Dərsliklər bərbad, tədris prosesi məktəblərdə pozulub, repetitorluq kütləvilşib v.s.


Məktəb öz funksionallığını itirib. Son 13 ildə qeyri peşəkar insanların təhsil sisteminə rəhbərliyi təhsili böhran halına gətirib. Hesab edirəm ki, DİM daha mütəşəkkil və peşəkar kadrlardan ibarətdir”.

İlham Əhmədov qeyd edib ki, təhsildə ciddi islahatlar olmalıdır:

“Təhsildə 1 il islahatın səhv aparılması, təhsili 5 il, ölkəni 10 il geri atır. Bizdə isə təhsil islahatları 20 ildir səhv yoldadır. Ən pisi isə ETN təhsil ictimaiyyətini eşitmək istəmir. Intellektual müzakirədən qaçır. ETN belə səriştəsiz və özündən çox razı fəaliyyəti gənclərimizə, ölkənin gələcəyinə problemlər yaradacaq”. (Mənbə: “Yeni Sabah”)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

KİV: Bağdadda ABŞ səfirliyinin dəstək mərkəzinə hücum edilib - VİDEO

KİV: Bağdadda ABŞ səfirliyinin dəstək mərkəzinə hücum edilib - VİDEO

Nazirlər Kabinetindən bələdiyyələrlə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən bələdiyyələrlə bağlı YENİ QƏRAR

Təyyar Bayramovun oğlu daha oxumayacaq?

Təyyar Bayramovun oğlu daha oxumayacaq?

İran DÇ-2026-da iştirakdan İMTİNA ETDİ

İran DÇ-2026-da iştirakdan İMTİNA ETDİ

Paşinyan: “Gürcüstan Ermənistan üçün Avropa İttifaqına gedən yoldur”

Paşinyan: “Gürcüstan Ermənistan üçün Avropa İttifaqına gedən yoldur”

Metin Tokel: “Türkiyə daim Azərbaycanın yanındadır”

Metin Tokel: “Türkiyə daim Azərbaycanın yanındadır”

Daha bir tiktoker SAXLANILDI - FOTO

Daha bir tiktoker SAXLANILDI - FOTO

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvanda - FOTO

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Naxçıvanda - FOTO

Premyer Liqanın ən çox uduzan komandası oldular

Premyer Liqanın ən çox uduzan komandası oldular

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar - FOTO

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar - FOTO

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı YENİLƏNDİ

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı YENİLƏNDİ

Özünü polis kimi təqdim edərək 133 mini ələ keçirdiyi deyilən şəxs HAKİM QARŞISINDA

Özünü polis kimi təqdim edərək 133 mini ələ keçirdiyi deyilən şəxs HAKİM QARŞISINDA

Paytaxtın bir sıra yollarında SIXLIQ VAR

Paytaxtın bir sıra yollarında SIXLIQ VAR

Qadağa siyahısında adı hallanan müğənnilər niyə verilişlərə dəvət olunub? - ÖZƏL/VİDEO

Qadağa siyahısında adı hallanan müğənnilər niyə verilişlərə dəvət olunub? - ÖZƏL/VİDEO

İranla müharibə bu tarixdə bitəcək - Trampdan PROQNOZ

İranla müharibə bu tarixdə bitəcək - Trampdan PROQNOZ

Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür: Nəticələr ləğv olunacaq?

Buraxılış imtahanı ilə bağlı məsələ böyüyür: Nəticələr ləğv olunacaq?

Aİ Şurasının Prezidenti: “Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır”

Aİ Şurasının Prezidenti: “Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır”

Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Əli Əsədov Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB

Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB

Baş nazirdən cərimələrlə bağlı QƏRAR

Baş nazirdən cərimələrlə bağlı QƏRAR

Paşinyan: "Qarabağdan köçən ermənilər Ermənistanda yaşamalıdır"

Paşinyan: "Qarabağdan köçən ermənilər Ermənistanda yaşamalıdır"

Bakıda küçədə çılpaq gəzən qadın saxlanıldı - VİDEO

Bakıda küçədə çılpaq gəzən qadın saxlanıldı - VİDEO

İranın öldürülən generalları ilə vida mərasimi – VİDEO

İranın öldürülən generalları ilə vida mərasimi – VİDEO

Dünyanın ən gözəl qadın adı AÇIQLANDI

Dünyanın ən gözəl qadın adı AÇIQLANDI

End of content

No more pages to load

RADİO