SSRİ pionerlərinin sevimli düşərgəsinin SİRLƏRİ – Yerin altından tapılanlar hər kəsi dəhşətə gətirdi – FOTO

Vaxtilə SSRİ-də ən yaxşı düşərgə hesab olunan Artek pioner düşərgəsinə getmək hər bir sovet uşağının arzusu idi. Qaydalara görə, əlaçı şagird ora tamamilə pulsuz göndərilə bilərdi.

Hətta sovet şagirdlərinin çoxu məhz Artek eşqinə həvəslənib, bir-biri ilə yarışıb əlaçı olmağa çalışırdılar.

Lakin bu məşhur düşərgənin üstü nə qədər xoşbəxt olsa da, altından bir zamanlar yaşanmış bədbəxtliklər gün işığına çıxırdı. Təbii ki, onlar haqqında həqiqət Sovet İttifaqında ciddi cəhdlə gizlədilirdi.

Maraq üçün bildirək ki, Artek elə əvvəldən kədər üzərində inşa edilmişdi. Yəni düşərgə 1925-ci ildə vərəmli uşaqlar üçün nəzərdə tutulmuşdu. Onlar əhalidən uzaq yerdə, çadırlarda yaşayırdılar. Amma sonra nə oldusa (bu da gizlidilir) kommunist təbliğatı üçün bir vasitəyə çevrildi. Çadırların yerinə taxta binalar, klinika və digər infrastruktur tikildi. 15 respublikadan əlavə dost ölkələrdən də uşaqlar düşərgəyə gəlməyə başladı.


1937-ci ilin repressiv əli bu məsum görüntülü uşaq düşərgəsinə uzandı.


NKVD israrla bildirirdi ki, düşmən qüvvələr yeməklərə nəsə qatıb, yeniyetmələrə təcavüz etməyə çalışıblar. Buna görə 22 nəfər məhkəmə qarşısına çıxarıldı, lakin tezliklə bəraət qazandılar. Təxminən 10 ildən artıq sükutdan sonra bu düşərgənin adı yenidən məxfi orqanlarda çəkilməyə başladı. 1949-cu ildə Alla adlı pioner qız uçurumdan yıxılaraq öldü. Düşərgədə yoxlamalar başladı. Bu zaman ölüm işi bir kənara qaldı, düşərgədəki özbaşınalıq diqqət çəkdi. Məlum oldu ki, illərdir burda qalan uşaqlar çirkli yorğan-döşəkdə yatırmışlar. Aşpazlar qida oğurluğu və kənarda satışı ilə məşğul imiş.

Amma daha qorxunc faktlar isə 1966-cı ildə düşərgə ərazisində aparılan qazıntılar zamanı üzə çıxdı.


Torpaqdan altı kişinin skeleti tapıldı. Lakin kəllələr və əl sümükləri yox idi. Daha sonra aparılan araşdırmalar nəticəsində uşaq skeletinin olduğu bir sandıq aşkar edildi. Təəssüf ki, bu sümüklərin kimə aid olduğu, onların hansı şəraitdə öldüyü barədə məlumatlar sirr olaraq da qaldı.

Nəhayət, Sovet İttifaqının dağılması Artekə də təsir etdi. Düşərgə ərazisində kotteclər və otel tikildi və torpağın bir hissəsi satıldı.

2014-cü ildə isə Artekin yenidən qurulmasına başlanıldı və uşaqlar bir neçə ay ərzində geri qayıda bildilər. Amma torpağın altı bir daha heç kimi maraqlandırmadı.






Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nisə Qasımovanı görən Mətanət AĞLADI - VİDEO

Nisə Qasımovanı görən Mətanət AĞLADI - VİDEO

İlham Əliyev: "Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq" - VİDEO

İlham Əliyev: "Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq" - VİDEO

Güləşçimiz AVROPA ÇEMPİONU oldu

Güləşçimiz AVROPA ÇEMPİONU oldu

Qadınların neçə saat yuxuya ehtiyacı var? - Ekspert CAVAB VERDİ

Qadınların neçə saat yuxuya ehtiyacı var? - Ekspert CAVAB VERDİ

PSJ Entso Fernandesi transfer etmək İSTƏYİR

PSJ Entso Fernandesi transfer etmək İSTƏYİR

Prezidentin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO

Prezidentin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana səfərə gəlib

Düyünün suyuna 1 dilim ƏLAVƏ EDİN — Plov həm dən-dən qalacaq, həm də 10 qat daha dadlanacaq

Düyünün suyuna 1 dilim ƏLAVƏ EDİN — Plov həm dən-dən qalacaq, həm də 10 qat daha dadlanacaq

Yevlaxda 2 yaşlı körpə kanalda BOĞULDU - ÖZƏL

Yevlaxda 2 yaşlı körpə kanalda BOĞULDU - ÖZƏL

Antonio Koşta İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Antonio Koşta İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Türkiyə kubokunun PÜŞKÜ ATILDI

Türkiyə kubokunun PÜŞKÜ ATILDI

60 manata əl enerjisi ilə “müalicə” - Özbək “həkim” üçün izdiham - VİDEO

60 manata əl enerjisi ilə “müalicə” - Özbək “həkim” üçün izdiham - VİDEO

Ramazanın 22-ci gününün iftar və imsak vaxtı: Günün DUASI

Ramazanın 22-ci gününün iftar və imsak vaxtı: Günün DUASI

İranın Xuzistan vilayətində ABŞ və İsraillə əlaqəli silahlı qrup SAXLANILDI

İranın Xuzistan vilayətində ABŞ və İsraillə əlaqəli silahlı qrup SAXLANILDI

Klopp Almaniya millisinin baş məşqçisi ola bilər

Klopp Almaniya millisinin baş məşqçisi ola bilər

Polis həmin “həkim”i SAXLADI

Polis həmin “həkim”i SAXLADI

SSRİ pionerlərinin sevimli düşərgəsinin SİRLƏRİ – Yerin altından tapılanlar hər kəsi dəhşətə gətirdi – FOTO

SSRİ pionerlərinin sevimli düşərgəsinin SİRLƏRİ – Yerin altından tapılanlar hər kəsi dəhşətə gətirdi – FOTO

Birinci Liqa: “Şəfa” səfərdən qələbə ilə qayıdır

Birinci Liqa: “Şəfa” səfərdən qələbə ilə qayıdır

Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası YARADILDI - FOTO

Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası YARADILDI - FOTO

Dünyada adambaşına ən çox su işlədən ölkələr: Azərbaycanın yeri - CƏDVƏL

Dünyada adambaşına ən çox su işlədən ölkələr: Azərbaycanın yeri - CƏDVƏL

İctimai TV tənqidlərə CAVAB VERDİ

İctimai TV tənqidlərə CAVAB VERDİ

KİV: Bağdadda ABŞ səfirliyinin dəstək mərkəzinə hücum edilib - VİDEO

KİV: Bağdadda ABŞ səfirliyinin dəstək mərkəzinə hücum edilib - VİDEO

Nazirlər Kabinetindən bələdiyyələrlə bağlı YENİ QƏRAR

Nazirlər Kabinetindən bələdiyyələrlə bağlı YENİ QƏRAR

Təyyar Bayramovun oğlu daha oxumayacaq?

Təyyar Bayramovun oğlu daha oxumayacaq?

End of content

No more pages to load

RADİO