Tanınmış cərraha qarşı iddia qaldırıldı - 32 min ödəyəcək

Tanınmış plastik-cərrah Ülviyyə Ağazadə "Azər-Türk Med"də gerçəkləşən əməliyyat zamanı sağlamlığına zərər vurduğu pasiyentinə 31 718 manat təzminat ödəyəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı məhkəmə qətnamə qəbul edib.
 

Məlum olub ki, Ülviyyə Ağazadə tərəfindən icra olunan əməliyyatdan sonra xəstənin vəziyyəti ağırlaşıb və o, "Azər-Türk Med"dən başqa bir özəl klinikaya köçürülüb. Qadın buradakı müalicəsinə 27 000 manat civarında pul xərcləyib.


İş materiallarında pasiyent üzərində icra edilmiş abdominoplastika, bel, çanaq nahiyəsinin liposaksiyası, qasıq hissəsinin liposaksiyası cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmədiyi qeyd olunub.

Sənədlərdə əməliyyatın qüsurlu icrası zamanı yumşaq toxumaların zədələndiyi, bunun da sonradan xəstənin vəziyyətinin ağırlaşmasına, yəni postoperasion hemorragik şoka, kəskin böyrək və qaraciyər zədələnmələrinə, posthemorragik anemiyaya, bilateral nozokomial pnevmoniyaya və sepsisə səbəb olduğu öz əksini tapıb.

"Azər-Türk Med"də göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları" 24.1 bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi) tələblərinin pozulması kimi qiymətləndirilib.

Qeyd edək ki, Ülviyyə Ağazadə də qarşılıqlı iddia qaldırıb.

O, pasiyentin mövcud hadisə ilə bağlı KİV-dəki açıqlamalarını onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməsini, bu səbəbdən mənəvi zərərin əvəzi olaraq qarşı tərəfdən 3 000 manat tutulmasını xahiş edib. Məhkəmə Ülviyyə Ağazadənin tələbini rədd edib. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

XƏBƏRDARLIQ: İrana zərbələr davam edərsə, neftin qiyməti 200 dollar olacaq

XƏBƏRDARLIQ: İrana zərbələr davam edərsə, neftin qiyməti 200 dollar olacaq

Rodriqo Fernandeş “Şamaxı”da

Rodriqo Fernandeş “Şamaxı”da

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir

Zamin Zəkiyə hökm oxundu - "QHT İŞİ"

Zamin Zəkiyə hökm oxundu - "QHT İŞİ"

Rusiya İrana qoşun göndərəcək? – Zelenskidən AÇIQLAMA

Rusiya İrana qoşun göndərəcək? – Zelenskidən AÇIQLAMA

Prezidentdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN

Prezidentdən diplomatik xidmətə qəbulla bağlı FƏRMAN

AFFA “Şəmkir”ə texniki məğlubiyyət VERDİ

AFFA “Şəmkir”ə texniki məğlubiyyət VERDİ

İşğal edilməsi ən çətin ölkələr BƏLLİ OLDU

İşğal edilməsi ən çətin ölkələr BƏLLİ OLDU

Ukraynadan gözlənilməz ƏKS HÜCUM – Müharibənin seyri 180 dərəcə DƏYİŞİR

Ukraynadan gözlənilməz ƏKS HÜCUM – Müharibənin seyri 180 dərəcə DƏYİŞİR

Dubayda xəsarət alan Azərbaycan vətəndaşının SON DURUMU

Dubayda xəsarət alan Azərbaycan vətəndaşının SON DURUMU

İsveçrənin İrandakı səfiri Azərbaycana təxliyə OLUNDU

İsveçrənin İrandakı səfiri Azərbaycana təxliyə OLUNDU

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı AÇIQLANDI

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı AÇIQLANDI

Naxçıvanda dəmir yolu xətti yenidən qurulur – VİDEO

Naxçıvanda dəmir yolu xətti yenidən qurulur – VİDEO

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

Dünyanın ən bahalı evi görənləri heyran etdi – FOTO

Dünyanın ən bahalı evi görənləri heyran etdi – FOTO

Meloni: “İran Avropa ölkələrinə zərbə endirə bilər” – VİDEO

Meloni: “İran Avropa ölkələrinə zərbə endirə bilər” – VİDEO

Azərbaycanlıların Çin maşını eyforiyası bitdi

Azərbaycanlıların Çin maşını eyforiyası bitdi

Sabah bu ərazilərdə QAZ KƏSİLƏCƏK

Sabah bu ərazilərdə QAZ KƏSİLƏCƏK

Adamyeyən qəbilələr - Onlar haqda nə bilirik?

Adamyeyən qəbilələr - Onlar haqda nə bilirik?

Koştadan Azərbaycana səfəri ilə bağlı PAYLAŞIM – FOTO

Koştadan Azərbaycana səfəri ilə bağlı PAYLAŞIM – FOTO

“Qarabağ” bu futbolçunu transfer etmək İSTƏYİR

“Qarabağ” bu futbolçunu transfer etmək İSTƏYİR

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycanda SƏFƏRDƏDİR - FOTO

Bir koddan asılı qalan HƏYAT - ƏƏSMN ilə TƏBİB-in 9 yaşlı uşağa LAQEYD münasibəti

Bir koddan asılı qalan HƏYAT - ƏƏSMN ilə TƏBİB-in 9 yaşlı uşağa LAQEYD münasibəti

Tramp Xameneinin karton fiqurunu öz ofisinə yerləşdirdi - VİDEO

Tramp Xameneinin karton fiqurunu öz ofisinə yerləşdirdi - VİDEO

End of content

No more pages to load

RADİO