Müqəddəs Ramazan ayında qəbirstanlıqları təmizləmək, yol salmaq, abadlıq görmək ənənəsi elimizin ta qədimdən həyata keçirdiyi savab əməllərdən sayılır. Bəzən bu xoş məramlı adət-ənənələr unudulsa da onu yaşadanlar da az deyil.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu dəfə xoş niyyətli işə Balakənin Talalar bələdiyyəsi qoşulub.
Sakinlərin də dəstək olduğu xeyirxah işlərə kəndin yollarından başlanılıb.
Belə ki, "Tülülər axı" adlanan ərazidə 2.6 km yola qırma daş (şeben) tökülərək hamarlanıb. Bu isə yağışda, sel-suda sakinlərin, eləcə də nəqliyyat vasitələrinin daha rahat gediş-gəlişini təmin edəcək.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu