Razi Nurullayev: “Fermerlər bir il əvvəl hansı məhsul baha olubsa, onu əkirlər”

“Biz kənd təsərrüfatı haqqında çox danışırıq, çox proqramlar qəbul edirik, çox hesabatlar eşidirik. Amma gəlin özümüzə bir sual verək: bu qədər proqramlara, süni zəka tətbiqlərinə və ayrılan vəsaitə baxmayaraq niyə Azərbaycan hələ də bir çox ərzaq məhsullarını idxal edir? Niyə torpağı olan ölkə bəzən bazarda kartof, soğan və buğda qiymətlərinin dalğalanması ilə üz-üzə qalır?”

Bizim.Media xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentin Aqrar siyasət komitəsində “Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.

O bildirib ki, görülən işlərə və səylərə baxmayaraq, sistemli və uzunmüddətli planlaşdırma hələ də tam formalaşmayıb:

“Bu gün ölkədə minlərlə hektar torpaq ya ümumiyyətlə əkilmir, ya da heç bir aqrar strategiyaya uyğun olmadan əkilir. Fermer hansı məhsulun ölkə üçün daha çox lazım olduğunu düşünmür, düşünə də bilmir. O, sadəcə bazarda bir il əvvəl hansı məhsul baha olubsa, onu əkir. Nəticədə bir il kartof çox olur, qiymət düşür və fermer ziyana düşür. Digər il isə kartof az olur və bazar idxaldan asılı vəziyyətə düşür. Belə olan halda biz planlı istehsal yox, təsadüfi istehsal modeli ilə qarşılaşırıq”.

Deputat süni intellektlə bağlı yeniliklərin sadə fermerlərə çatmadığını qeyd edib:
 

“Təqdimatdan görünür ki, artıq 30 modul üzrə süni intellekt əsaslı xidmətlərin tətbiqinin nəzərdə tutulur və bu rəqəmsal transformasiya həqiqətən təqdirəlayiqdir. Amma bu xidmətlər yüz minlərlə sadə fermerə çatırmı, yoxsa əsasən böyük aqroparklar və iri təsərrüfatlar bundan istifadə edir?


Mən bölgələrdə müşahidə edirəm ki, sadə fermerlərin bu xidmətlərə çıxışı ya çox zəifdir, ya da demək olar ki, yoxdur. Təqdimatlar, xidmətlər rəngli şəkildə göstərilir və kabinetlərdə, təqdimat zallarında hər şey çox gözəl görünür. Amma, o rənglər və gözəlliklər kənddə yaşayan sadə fermerə çata bilmir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bir koddan asılı qalan HƏYAT - ƏƏSMN ilə TƏBİB-in 9 yaşlı uşağa LAQEYD münasibəti

Bir koddan asılı qalan HƏYAT - ƏƏSMN ilə TƏBİB-in 9 yaşlı uşağa LAQEYD münasibəti

Tramp televiziya proqramında Xameneinin karton fiqurunu nümayiş etdirdi

Tramp televiziya proqramında Xameneinin karton fiqurunu nümayiş etdirdi

Tanınmış cərraha qarşı iddia qaldırıldı - 32 min ödəyəcək

Tanınmış cərraha qarşı iddia qaldırıldı - 32 min ödəyəcək

Qurban Qurbanovun köməkçiləri cəzalandırıldı – FOTO

Qurban Qurbanovun köməkçiləri cəzalandırıldı – FOTO

Gəncədə məcburi köçkün ailəsinin evi kül oldu - VİDEO

Gəncədə məcburi köçkün ailəsinin evi kül oldu - VİDEO

Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı

Saleh Məmmədovun əsas adamları vəzifələrindən kənarlaşdırıldı

Moldova MDB-dən çıxdı

Moldova MDB-dən çıxdı

İlber Ortaylı xəstəxanaya yerləşdirilib, reanimasiyadadır

İlber Ortaylı xəstəxanaya yerləşdirilib, reanimasiyadadır

Ərdoğan: “Bizim sünnilik və ya şiəlik kimi bir dinimiz yoxdur” – VİDEO

Ərdoğan: “Bizim sünnilik və ya şiəlik kimi bir dinimiz yoxdur” – VİDEO

İranın başının üstünü almış QARA BULUDLAR – Azərbaycana da keçə BİLƏRMİ?

İranın başının üstünü almış QARA BULUDLAR – Azərbaycana da keçə BİLƏRMİ?

Məişət texnikası alarkən ən vacib qərar və gizli təhlükələr

Məişət texnikası alarkən ən vacib qərar və gizli təhlükələr

Burakla Fahriyənin İtaliya istirahəti – FOTO

Burakla Fahriyənin İtaliya istirahəti – FOTO

Rusiya İrana Azərbaycan ərazisindən humanitar yardım GÖNDƏRİB

Rusiya İrana Azərbaycan ərazisindən humanitar yardım GÖNDƏRİB

Aİ-95 benzin istifadə edənlərə ŞAD XƏBƏR!

Aİ-95 benzin istifadə edənlərə ŞAD XƏBƏR!

Sumqayıtın bu məktəbində şagird yerdəyişməsi dayandırıldı

Sumqayıtın bu məktəbində şagird yerdəyişməsi dayandırıldı

Türkiyənin 15 gəmisi Hörmüz boğazında gözləyir – Nazirdən AÇIQLAMA

Türkiyənin 15 gəmisi Hörmüz boğazında gözləyir – Nazirdən AÇIQLAMA

Putin İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Putin İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Qırımızı Bazarda daha 20 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Qırımızı Bazarda daha 20 ailəyə evlərinin açarları təqdim olundu - FOTO

Ramazan ayında daha bir örnək addım – FOTO

Ramazan ayında daha bir örnək addım – FOTO

Bu sahədə çalışanların sayı azalacaq – Nazirdən mühüm dəyişikliklərin ANONSU

Bu sahədə çalışanların sayı azalacaq – Nazirdən mühüm dəyişikliklərin ANONSU

İtin qəribə davranışı sahibəsinin həyatını xərçəngdən XİLAS ETDİ

İtin qəribə davranışı sahibəsinin həyatını xərçəngdən XİLAS ETDİ

“Boeing” İsrailə minlərlə yüksək dəqiqlikli bomba satacaq

“Boeing” İsrailə minlərlə yüksək dəqiqlikli bomba satacaq

26 nəfər iş yerlərinə bərpa olundu - 108 min manat ÖDƏNİLDİ

26 nəfər iş yerlərinə bərpa olundu - 108 min manat ÖDƏNİLDİ

Salyandakı qəzada ölən şəxs narkotik daşıyırmış - Sürücünü bıçaqla hədələyib... – DETALLAR

Salyandakı qəzada ölən şəxs narkotik daşıyırmış - Sürücünü bıçaqla hədələyib... – DETALLAR

End of content

No more pages to load

RADİO