123 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər avtobus tapa BİLMİR

Sumqayıt–Azadlıq istiqamətində hərəkət edən 123 nömrəli marşrut avtobusu ilə bağlı sərnişinlərin narazılığı var.

Bununla bağlı Bizim.Media-ya şikayət daxil olub. Sərnişinlərin sözlərinə görə, marşrutun hərəkət məsafəsi uzun olsa da, xəttə buraxılan bəzi avtobusların kiçik ölçülü olması ciddi sıxlığa səbəb olur. Nəticədə Sumqayıtdan Azadlıq istiqamətinə gedən avtobuslar tez dolur və bir çox sərnişin avtobusa minə bilmir.

Sərnişinlər həmçinin bildirirlər ki, avtobusların hərəkət intervalı da bəzən 20–25 dəqiqəyə çatır ki, bu da xüsusilə pik saatlarda narazılığa səbəb olur.

Məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.

Agentlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, intervalın artmasının səbəbi günün pik saatlarında Binəqədi şosesindəki tıxacdır:

“123 nömrəli marşrut üzrə 23 kiçik və ortatutumlu avtobus 9 dəqiqə intervalla fəaliyyət göstərir. Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə, xüsusilə də Binəqədi şosesində yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb ola bilir. Qeyd edək ki, marşrut xətti üzrə avtobusların bir qismi yenidir”.

Agentliyin açıqlamasında qeyd olunub ki, sözügedən marşrutla bağlı daşıyıcı şirkətə müvafiq tapşırıqlar verilib. Bu tədbirlər görülmədiyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq:

“Daşıyıcıya marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi, avtobus sayının sərnişin tələbatına uyğun artırılması, hərəkət cədvəlinə riayət olunması və avtobusların digər hissəsinin də yenilənməsi barədə tapşırıq verilib”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

26 nəfər iş yerlərinə bərpa olundu - 108 min manat ÖDƏNİLDİ

Salyandakı qəzada ölən şəxs narkotik daşıyırmış - Sürücünü bıçaqla hədələyib... – DETALLAR

Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı QƏRAR

Xanabad kəndində 21 ailəyə mənzillərin açarları təqdim olundu - FOTO

Aeroport şosesində dəhşətli QƏZA: Avtomobil iki piyadanı vurdu – ANBAAN VİDEO

Kənd təsərrüfatında çalışan işçilərin SAYI AÇIQLANDI

Göyçayda meyit tapıldı

Göyçayda meyit tapıldı

Razi Nurullayev: “Fermerlər bir il əvvəl hansı məhsul baha olubsa, onu əkirlər”

Ev tikdirmək istəyənlərin DİQQƏTİNƏ – Yaxın aylarda...

“Şəmkir” - “Xankəndi” oyununda yaşananlarla bağlı PFL-dən AÇIQLAMA

Azərbaycanda 100-ə yaxın tələbəsi olan AKADEMİYA – “Tam şəkildə dövlət hesabına maliyyələşir”

Deputat: “Kənddə 12 sot torpağım var, buradan idarə edirəm”

Süni intellektin etik prinsipləri ilə bağlı standartlar hazırlandı – RƏSMİ

Zaqatala şəhərinin SAKİNLƏRİNƏ: İçməli su olmayacaq

Çinarə Fətəliyeva yüksək vəzifəyə TƏYİN EDİLDİ

Komitə sədri: “Astarada naringilər sahələrdə qalıb, satış üçün yer tapılmır”

Leyla, Arzu və Alyona Əliyevalar Yaşama Dəstək Mərkəzində – FOTO/VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycanda qadını benzinlə yandıran şəxsə HÖKM OXUNDU

İrandan Azərbaycana daha 34 nəfər təxliyə olundu - FOTO

“Əsas sual budur: ABŞ-ın İran planı nədən ibarətdir, dəqiq bilən var?” – Fərhad Məmmədovla MÜSAHİBƏ

“Əsas sual budur: ABŞ-ın İran planı nədən ibarətdir, dəqiq bilən var?” – Fərhad Məmmədovla MÜSAHİBƏ

123 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər avtobus tapa BİLMİR

123 nömrəli marşrutdan ŞİKAYƏT – Sərnişinlər avtobus tapa BİLMİR

“8 Noyabr”dakı dəmir yolu sökülür - 10 kilometrlik mikrotunel tikilir – VİDEO

Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək

End of content

No more pages to load

RADİO