Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri KEÇİRİLDİ - FOTO

Gülüstan Sarayında Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hər il ənənəvi olaraq təşkil edilən “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri baş tutub.

Bizim.Media xəbər verir ki, tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti, Qrupun tərkibinə daxil olan şirkətlərin rəhbərləri, idarəetmə komandası və müxtəlif struktur bölmələrinin rəhbərləri iştirak ediblər. 

Tədbirin əsas məqsədi ötən ilin nəticələrinin qiymətləndirilməsi, əldə olunan uğurların bölüşülməsi və qarşıdakı dövr üçün strateji prioritetlərin müəyyənləşdirilməsi olub.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Veysəloğlu Şirkətlər Qrupunun himni təqdim olunub.
 

Davamında ölkəmizin və Şirkətlər Qrupunun 2025-ci il ərzində əldə etdiyi nailiyyətləri əks etdirən videoçarxlar nümayiş etdirilib.


Tədbir çərçivəsində Qrupun əsas biznes istiqamətləri üzrə fəaliyyət göstərən "Veysəloğlu-Distribusiya", "OBA" marketlər şəbəkəsi, "Veysəloğlu-Rossmann", "Veysəloğlu-Əmlak" və "Araz" supermarketlər şəbəkəsinin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Çıxışlarda şirkətlərin ötən dövr üzrə fəaliyyət nəticələri, bazar mövqeləri və gələcək inkişaf strategiyaları barədə ətraflı məlumat verilib.

Proqramın davamında şirkətlərin idarə heyəti üzvlərinin iştirakı ilə panel müzakirəsi təşkil olunub. “Rəqəmsal dövrdə strateji rəhbərlik və komanda sinerjisi” mövzusuna həsr olunan paneldə iştirakçılar müasir idarəetmə modelləri, innovativ yanaşmalar və komanda əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

Tədbirin ikinci hissəsində Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşları ilə əməkdaşlıq təcrübəsini əks etdirən videoçarx təqdim olunub.

Ardınca şirkətin korporativ dəyərlərinə və təşkilati mədəniyyətinə uyğun olaraq “Vəfa Zirvəsi” mükafatlarının təqdimatı keçirilib.

Daha sonra şirkət rəhbərləri tərəfindən “Komanda işi” nominasiyaları üzrə fərqlənən əməkdaşlar təltif olunub. Həmçinin bütün Şirkətlər Qrupunu əhatə edən “İlin nominasiyaları” çərçivəsində qalib layihələr mükafatlandırılıb.

Tədbirdə çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Veysəloğlu "VŞQ"nin inkişaf strategiyası, korporativ dəyərlərin gücləndirilməsi və gələcək hədəflərlə bağlı fikirlərini bölüşüb.
 

Gecənin sonunda əvvəlki illərin qaliblərinin xronoloji təqdimatı nümayiş etdirilib və “Təsisçidən Özəl”, “İlin Ən Mənfəətli Şirkəti” və “İlin Şirkəti” nominasiyaları üzrə qaliblər mükafatlandırılıb.


Qeyd edək ki, “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri Veysəloğlu Şirkətlər Qrupunun daxilində strateji planlaşdırmanın gücləndirilməsi, komanda birliyinin möhkəmləndirilməsi və institusional inkişafın təşviqinə xidmət edir.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müalicə üçün Türkiyəyə gedən Rasim Balayevdən XƏBƏR VAR - Eksklüziv

Müalicə üçün Türkiyəyə gedən Rasim Balayevdən XƏBƏR VAR - Eksklüziv

Rusiyanın İrandakı konsulluğunun əməkdaşları hava hücumu nəticəsində xəsarət alıblar - FOTO

Rusiyanın İrandakı konsulluğunun əməkdaşları hava hücumu nəticəsində xəsarət alıblar - FOTO

“Novxanıdakı oteldə görüşdük, 300-500 manat verirdim” – “Beniz”in MƏHKƏMƏSİ

“Novxanıdakı oteldə görüşdük, 300-500 manat verirdim” – “Beniz”in MƏHKƏMƏSİ

BMT-nin Baş katibi: “İranın özünümüdafiə hüququna heç bir şübhə yoxdur”

BMT-nin Baş katibi: “İranın özünümüdafiə hüququna heç bir şübhə yoxdur”

Kürdəmirdə yel çərşənbəsi təmtəraqla qeyd edildi - VİDEO

Kürdəmirdə yel çərşənbəsi təmtəraqla qeyd edildi - VİDEO

Əziz Əlibəyli vəzifəsindən ayrıldı

Əziz Əlibəyli vəzifəsindən ayrıldı

"İt kimi tutmuşam" deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə ŞOK FAKTLAR

"İt kimi tutmuşam" deyib zorakılığı canlı yayımladılar: Məhkəmədə ŞOK FAKTLAR

"Qalatasaray" "Liverpul"a QALİB GƏLDİ

"Qalatasaray" "Liverpul"a QALİB GƏLDİ

Bakının bu ərazisində 3 gün su olmayacaq

Bakının bu ərazisində 3 gün su olmayacaq

Mətanət İsgəndərli bədən şəkilləndirmə etdirəcək - VİDEO

Mətanət İsgəndərli bədən şəkilləndirmə etdirəcək - VİDEO

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri KEÇİRİLDİ - FOTO

Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri KEÇİRİLDİ - FOTO

Qusarın 2 kəndinin problemləri dinlənildi - FOTO

Qusarın 2 kəndinin problemləri dinlənildi - FOTO

Pentaqon: İranla müharibədə 140 amerikalı hərbçi yaralanıb

Pentaqon: İranla müharibədə 140 amerikalı hərbçi yaralanıb

Meyiti tapılan yeniyetməni anası öldürüb?

Meyiti tapılan yeniyetməni anası öldürüb?

Osimheni ağladan təsirli koreoqrafiya - VİDEO

Osimheni ağladan təsirli koreoqrafiya - VİDEO

Ramazanın 21-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 21-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Nazir Xankəndidə tonqaldan tullandı, tələbələrlə yallı getdi - VİDEO

Nazir Xankəndidə tonqaldan tullandı, tələbələrlə yallı getdi - VİDEO

Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz erməniyə qalib gələrək bürünc medal QAZANDI

Güləşçimiz erməniyə qalib gələrək bürünc medal QAZANDI

Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu - 29 milyard yarım

Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu - 29 milyard yarım

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Sabah” böyükhesablı qələbə QAZANDI

“Sabah” böyükhesablı qələbə QAZANDI

Bakı Təşəbbüs Qrupu kiberhücumlara MƏRUZ QALDI

Bakı Təşəbbüs Qrupu kiberhücumlara MƏRUZ QALDI

Xalq artisti TƏLTİF OLUNDU - FOTO

Xalq artisti TƏLTİF OLUNDU - FOTO

End of content

No more pages to load

RADİO