Bakı Təşəbbüs Qrupu kiberhücumlara MƏRUZ QALDI

Hindistanda təqiblərə məruz qalan zikh icmasının problemlərinə həsr olunmuş beynəlxalq konfransdan sonra tədbirin təşkilatçısı Bakı Təşəbbüs Qrupunun (BTQ) rəqəmsal sistemləri kiberhücumlara məruz qalıb.

BTQ-dən Bizim.Media-ya verilən məlumata görə, tədbirdən sonra həmçinin Kanada Zinkh Federasiyasının (Sikh Federation Canada) sədri Bual Moninder Singh və onun ailəsi ölümlə təhdid edilib.

Məlumata görə, beynəlxalq hüquq çərçivəsində zikhlərin ədalətli mübarizəsinə dəstək vermək məqsədilə bu il yanvarın 16-da Bakıda "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans təşkil edilib. Tədbirdə Hindistanda zikhlərə və digər dini azlıqlara qarşı mövcud diskriminasiya və zorakılıq halları müzakirə olunub, beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində mübarizənin davam edəcəyi bildirilib.
 

"Qlobal diaspor şəbəkələri və rəqəmsal texnologiyalar fonunda bu cür repressiya mexanizmləri müxtəlif ölkələrdə paralel şəkildə həyata keçirilir", - BTQ-dən bildirilib və əlavə olunub ki, buna görə də məsələ yalnız bir dövlətin daxili siyasəti deyil, transmilli repressiya və insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq problem kimi qiymətləndirilməlidir:


"Bütün bu təhdidləri ciddi nəzərə alan dünyadakı məhşur zikh təşkilatları birgə addımlar atılması istiqamətində müzakirələr aparırlar. Hindistan hökuməti tərəfindən həyata keçirilən təqiblərin dünya ictimaiyyətinə çatdırılması və qınanması ilkin prioritetlərdəndir. Eyni zamanda kiber hücumlara qarşı dayanaqlı müdafiə imkanlarının gücləndirilməsi aktual məsələyə çevrilib".

Qeyd olunub ki, dünya ictimaiyyətinin diqqətinin daha çox müharibə və münaqişələrə yönəlməsidən istifadə edən Hindistan hökuməti müxtəlif ölkələrdə zikh fəallara qarşı daha sərt təqiblər həyata keçirməkdədir.

"Son illərdə Hindistan hökumətinin zikh icmasına qarşı təzyiq və təqibləri daha da geniş vüsət alıb və beynəlxalq narahatlıq doğurur" , - məlumatda vurğulanıb.
 

Məlumat verilib ki, Hindistan hökumətinin zikh fəallarına və diaspor nümayəndələrinə qarşı təqiblərinin coğrafiyasının genişləndiyi və transmilli xarakter aldığı barədə müxtəlif insan hüquqları təşkilatlarının hesabat yaydığı bildirilib:


"Bu məsələ əvvəllər daha çox ABŞ və Kanada kontekstində müzakirə olunurdu, lakin faktlar göstərir ki, oxşar təzyiqlər zikh diasporunun fəal olduğu Avstraliya, Böyük Britaniya və Almaniyada da müşahidə edilir.

Məlum olduğu kimi, Hindistan hökuməti tərəfindən həyata keçirilən repressiyalar nəticəsində 2023-cü ildə Kanada ərazisində zikh fəalı Hardeep Singh Nijjar öldürülüb. Daha sonra ABŞ-da eyni ildə Hindistan vətəndaşı Nikhil Gupta-nın zikh fəalı Gurpatwant Singh Pannuna qarşı sui-qəsd planı ABŞ xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək ictimaiyyətə açıqlanıb. Hər iki hadisədə Hindistan hökumətinin əlaqəsi irəli sürülüb".

Vurğulanıb ki, transmilli repressiya yalnız fiziki təhdid və zorakılıqla məhdudlaşmır.

"Repressiya metodları arasında diaspor fəallarının izlənməsi, hədəfli dezinformasiya kampaniyaları, siyasi və diplomatik təzyiq vasitələri, miqrasiya məhdudiyyətləri, reputasiya hücumları və kiber hücumlar yer alır" , - məlumatda qeyd edilib. Bu üsulların məqsədi isə zikh fəallarını susdurmaq, onların beynəlxalq platformalarda fəaliyyətini məhdudlaşdırmaq və diaspor daxilində qorxu mühiti yaratmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Osimheni ağladan təsirli koreoqrafiya - VİDEO

Osimheni ağladan təsirli koreoqrafiya - VİDEO

Ramazanın 21-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 21-ci GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Nazir Xankəndidə tonqaldan tullandı, tələbələrlə yallı getdi - VİDEO

Nazir Xankəndidə tonqaldan tullandı, tələbələrlə yallı getdi - VİDEO

Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Güləşçimiz erməniyə qalib gələrək bürünc medal QAZANDI

Güləşçimiz erməniyə qalib gələrək bürünc medal QAZANDI

Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu - 29 milyard yarım

Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu - 29 milyard yarım

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

“Sabah” böyükhesablı qələbə QAZANDI

“Sabah” böyükhesablı qələbə QAZANDI

Bakı Təşəbbüs Qrupu kiberhücumlara MƏRUZ QALDI

Bakı Təşəbbüs Qrupu kiberhücumlara MƏRUZ QALDI

Xalq artisti TƏLTİF OLUNDU - FOTO

Xalq artisti TƏLTİF OLUNDU - FOTO

İsraildə raket hücumu nəticəsində həlak olan soydaşımızla bağlı TƏFƏRRÜATLAR - FOTO

İsraildə raket hücumu nəticəsində həlak olan soydaşımızla bağlı TƏFƏRRÜATLAR - FOTO

İngiltərə millisinin üzvü karyerasını BİTİRDİ

İngiltərə millisinin üzvü karyerasını BİTİRDİ

Cəlilabadda üzərində xəsarət izi olan yeniyetmənin meyiti TAPILDI

Cəlilabadda üzərində xəsarət izi olan yeniyetmənin meyiti TAPILDI

Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə ikinci Qədr gecəsidir

"Google Maps"dən Bakı ilə bağlı YENİLİK - FOTO

"Google Maps"dən Bakı ilə bağlı YENİLİK - FOTO

Ukrayna münaqişəsi üzrə danışıqlar İrandakı hadisələrə görə təxirə salınır? - Peskovdan AÇIQLAMA

Ukrayna münaqişəsi üzrə danışıqlar İrandakı hadisələrə görə təxirə salınır? - Peskovdan AÇIQLAMA

Cəlilabadda 51 yaşlı kişinin meyiti TAPILDI

Cəlilabadda 51 yaşlı kişinin meyiti TAPILDI

Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana KÖÇÜRÜLDÜ

Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana KÖÇÜRÜLDÜ

"Turan Tovuz" “Azərsun Arena”dan da “KÖÇDÜ”

"Turan Tovuz" “Azərsun Arena”dan da “KÖÇDÜ”

Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA

Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA

Əhməd Əl Şaraa İlham Əliyevə ZƏNG ETDİ - Yaxın Şərqdəki gərginlik müzakirə edildi

Əhməd Əl Şaraa İlham Əliyevə ZƏNG ETDİ - Yaxın Şərqdəki gərginlik müzakirə edildi

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 15 min nəfər XƏSARƏT ALIB

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 15 min nəfər XƏSARƏT ALIB

Ceyhun Bayramov Omanın qeyri-rezident səfirini QƏBUL ETDİ - FOTO

Ceyhun Bayramov Omanın qeyri-rezident səfirini QƏBUL ETDİ - FOTO

“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı QƏLƏBƏ

“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı QƏLƏBƏ

End of content

No more pages to load

RADİO