Bu enerji içkilərində təhlükəli maddə AŞKARLANDI – RƏSMİ – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsul partiyaları məhv edilib, həmçinin istehsalçı tərəfindən istehsal olunan məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq edilib.

Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib.

Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkarlanmış məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib.
 

Eyni zamanda, Türkiyədə istehsal olunmuş “DBL Drink Diblong” əmtəə nişanlı 150 millilitr həcmli içkilərdən (istehsal tarixi 20 iyul 2025-ci il - son istifadə tarixi 20 iyul 2027-ci il) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib.


Bununla əlaqədar olaraq, həmin məhsul partiyasının qısa müddət ərzində satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib.

Faktla bağlı ticarət şəbəkələrinə sözügedən içkilərin satışının dərhal dayandırılması və qısa müddət ərzində tədarükçüyə geri qaytarılması barədə müvafiq məktublar göndərilib.

“Məlumat üçün bildiririk ki, həmin kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər”, - deyə məlumatda vurğulanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana KÖÇÜRÜLDÜ

Niderlandın İrandakı səfirliyi müvəqqəti olaraq Azərbaycana KÖÇÜRÜLDÜ

"Turan Tovuz" “Azərsun Arena”dan da “KÖÇDÜ”

"Turan Tovuz" “Azərsun Arena”dan da “KÖÇDÜ”

Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA

Bacısını salona icazəsiz getdiyi üçün bıçaqlamaqda təqsirləndirilən şəxsə AĞIR CƏZA

Əhməd Əl Şaraa İlham Əliyevə ZƏNG ETDİ - Yaxın Şərqdəki gərginlik müzakirə edildi

Əhməd Əl Şaraa İlham Əliyevə ZƏNG ETDİ - Yaxın Şərqdəki gərginlik müzakirə edildi

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 15 min nəfər XƏSARƏT ALIB

ABŞ və İsrailin zərbələri nəticəsində İranda 15 min nəfər XƏSARƏT ALIB

Ceyhun Bayramov Omanın qeyri-rezident səfirini QƏBUL ETDİ - FOTO

Ceyhun Bayramov Omanın qeyri-rezident səfirini QƏBUL ETDİ - FOTO

“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı QƏLƏBƏ

“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı QƏLƏBƏ

Finlandiya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

Finlandiya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

"Humanitar fəaliyyət yalnız emosional reaksiyalar üzərində qurula bilməz" — Emil Seyidəliyev ilə müsahibə

"Humanitar fəaliyyət yalnız emosional reaksiyalar üzərində qurula bilməz" — Emil Seyidəliyev ilə müsahibə

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

Üç bürc üçün pul və şans QAYIDIR

Üç bürc üçün pul və şans QAYIDIR

İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı HƏLAK OLUB - FOTO

İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı HƏLAK OLUB - FOTO

Qusarda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edildi - FOTO

Qusarda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edildi - FOTO

Kamilo Duran Kolumbiya millisinə ÇAĞIRILDI

Kamilo Duran Kolumbiya millisinə ÇAĞIRILDI

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Əməliyyat olunan Xalq artisti səhhətindən DANIŞDI - Eksklüziv

Əməliyyat olunan Xalq artisti səhhətindən DANIŞDI - Eksklüziv

Laricani Trampı hədələdi: “Ehtiyatlı olun, yoxsa məhv edilə bilərsiniz” - FOTO

Laricani Trampı hədələdi: “Ehtiyatlı olun, yoxsa məhv edilə bilərsiniz” - FOTO

Azərbaycanda 82 yaşlı direktora "STOP" qoyuldu

Azərbaycanda 82 yaşlı direktora "STOP" qoyuldu

MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO

MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO

İranın raket hücumu nəticəsində 2 azərbaycanlı həyatını itirdi – FOTO

İranın raket hücumu nəticəsində 2 azərbaycanlı həyatını itirdi – FOTO

Polis daha bir tiktokeri saxladı

Polis daha bir tiktokeri saxladı

Əli Əsədovdan Gəncə şəhəri ilə bağlı QƏRAR

Əli Əsədovdan Gəncə şəhəri ilə bağlı QƏRAR

“TikTok” uğruna nüfuzunu riskə atanlar ­– Müəllim adına belə zərbə vurulur

“TikTok” uğruna nüfuzunu riskə atanlar ­– Müəllim adına belə zərbə vurulur

Könül Həmzəyeva axtarışa verildi

Könül Həmzəyeva axtarışa verildi

End of content

No more pages to load

RADİO