MEDİA: "Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir"

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəyanat yayıb.

Bizim.Media xəbər verir ki, bəyanatda deyilir ki, Avropa Şurasının Jurnalistikanın Müdafiəsi və Jurnalistlərin Təhlükəsizliyinin Təşviqi Platforması tərəfindən dərc olunmuş Avropada mətbuat azadlığının vəziyyətinə dair 2025-ci il üzrə illik hesabatda Azərbaycanın media mühiti ilə bağlı birtərəfli, qərəzli mülahizələrə yer verilib.

Qeyd olunub ki, xüsusilə, “Media haqqında” Azərbaycan Respublikası Qanununa 2025-ci ildə edilmiş dəyişikliklərlə bağlı hesabatda əks olunan yanaşmalar spekulyativ xarakter daşıyır.
 

Vurğulanıb ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklər cəmiyyətin və media ictimaiyyətinin tövsiyələri, istək və təklifləri əsas götürülməklə irəli sürülmüşdür ki, burada əsas məqsəd ölkəmizin informasiya mühitinin qorunaraq sağlamlaşdırılması, media brendinin möhkəmləndirilməsi və peşəkar jurnalistin nüfuzunun gücləndirilməsi, cəmiyyətin tələblərini nəzərə alaraq informasiya məkanında bu və ya digər neqativ hallara qarşı mübarizə kontekstində dövlət tənzimlənməsində həssaslığın artırılması, çevikliyin təmin olunmasıdır.


"Bu tip spekulyativ yanaşmalardan biri də çap mediası subyektlərinə dair fikirlərdə təzahür edir. Halbuki hesabatda göstərilənlərdən fərqli olaraq müvafiq dəyişikliklərdə ümumən media subyektlərinin adlarında ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan, istifadəçiləri yanılda bilən ifadələrdən istifadənin yol verilməzliyi ilə bağlı müddəa yer alır, bu da xarici və beynəlxalq təcrübədə geniş tətbiq olunan, istifadəçilərin subyektdən gözləntilərinə dair hüquqlarının, həmçinin media subyektlərinin marka dəyərinin qorunmasına xidmət edir.

Qeyd edək ki, Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə hər hansı məhdudiyyət mövcud deyildir və ölkədə ifadə azadlığı hüquqi və praktiki olaraq tam təmin edilmişdir.

Eyni zamanda vurğulayırıq ki, Azərbaycan Respublikasında irqi, dini, mənşə, cinsi, etnik, habelə peşə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabər məsuliyyət daşıyır.
 

Hesabatda adı hallanan konkret şəxslərlə bağlı məsələ üzrə isə bildiririk ki, ictimaiyyətə açıq olan iş materiallarının təfərrüatlarından həmin şəxslərin peşə fəaliyyətləri ilə onlara qarşı irəli sürülmüş cinayət və inzibati ittihamlar arasında heç bir əlaqənin olmadığı, müvafiq iddiaların sadəcə uğursuz manipulyasiya cəhdlərini ifadə etdiyi aydın görünür.


Bununla yanaşı qeyd edirik ki, media subyektlərinin müvafiq qaydada qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi ilə bağlı tələb Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərinə, o cümlədən xarici media subyektlərinin filial və nümayəndəliklərinə münasibətdə tətbiq edilir və bu istiqamətdəki yeni yanaşmalar mahiyyət etibarilə yalnız texniki-təşkilati baxımdan səmərələşdirici xarakter daşıyır.

Media subyektlərinin Reyestrə informasiya agentliyi kimi daxil edilməsi üçün nəzərdə tutulan tələblər formalaşdırılarkən mövcud praktikanın təhlilinin nəticələri əsas götürülmüş, həmçinin informasiya agentliklərinin mahiyyət etibarilə yalnız istehlakçıların deyil, eyni zamanda digər peşəkar media subyektlərinin də məzmunla təmin edilməsi sahəsindəki müstəsna fəaliyyəti diqqətə alınmışdır.
 

Hesabatda istinad olunan ölkəmizdə diffamasiya ilə bağlı qanunvericiliyin mövcud vəziyyətinə dair 2024-cü ildə Platformada dərc olunmuş müvafiq materialla əlaqədar xatırlatmaq istərdik ki, həmin materialda əksini tapan iddialara münasibətdə mövqeyimiz eyni ildə qarşı tərəfə rəsmi şəkildə bildirilmişdir.


Azərbaycanla bağlı belə hesabatlar hazırlanarkən rəsmi mövqeyin nəzərə alınmaması, faktların deyil, ehtimalların, subyektiv rəy və mülahizələrin əsas götürülməsi təəssüf doğurur", - bəyanatda bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qusarda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edildi - FOTO

Qusarda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri müzakirə edildi - FOTO

Kamilo Duran Kolumbiya millisinə ÇAĞIRILDI

Kamilo Duran Kolumbiya millisinə ÇAĞIRILDI

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

Əməliyyat olunan Xalq artisti səhhətindən DANIŞDI - Eksklüziv

Əməliyyat olunan Xalq artisti səhhətindən DANIŞDI - Eksklüziv

Laricani Trampı hədələdi: “Ehtiyatlı olun, yoxsa məhv edilə bilərsiniz” - FOTO

Laricani Trampı hədələdi: “Ehtiyatlı olun, yoxsa məhv edilə bilərsiniz” - FOTO

Azərbaycanda 82 yaşlı direktora "STOP" qoyuldu

Azərbaycanda 82 yaşlı direktora "STOP" qoyuldu

MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO

MEDİA multimedia məzmunlarının hazırlanması mövzusunda vörkşop keçirdi - FOTO

İranın raket hücumu nəticəsində 2 azərbaycanlı həyatını itirdi – FOTO

İranın raket hücumu nəticəsində 2 azərbaycanlı həyatını itirdi – FOTO

Polis daha bir tiktokeri saxladı

Polis daha bir tiktokeri saxladı

Əli Əsədovdan Gəncə şəhəri ilə bağlı QƏRAR

Əli Əsədovdan Gəncə şəhəri ilə bağlı QƏRAR

“TikTok” uğruna nüfuzunu riskə atanlar ­– Müəllim adına belə zərbə vurulur

“TikTok” uğruna nüfuzunu riskə atanlar ­– Müəllim adına belə zərbə vurulur

Könül Həmzəyeva axtarışa verildi

Könül Həmzəyeva axtarışa verildi

Bu enerji içkilərində təhlükəli maddə AŞKARLANDI – RƏSMİ – FOTO

Bu enerji içkilərində təhlükəli maddə AŞKARLANDI – RƏSMİ – FOTO

Heqset: “Xamenei Trampın sözünə qulaq asmalıdır” – VİDEO

Heqset: “Xamenei Trampın sözünə qulaq asmalıdır” – VİDEO

Merts: “İrana qarşı müharibə nəzarətdən çıxır”

Merts: “İrana qarşı müharibə nəzarətdən çıxır”

Xarabalığa çevrilən Tehran küçələri – VİDEO

Xarabalığa çevrilən Tehran küçələri – VİDEO

Amerikalı general: “İranlılar döyüşür və mən buna hörmət edirəm” - VİDEO

Amerikalı general: “İranlılar döyüşür və mən buna hörmət edirəm” - VİDEO

“Sabah” “Qəbələ” ilə oyuna ciddi itki ilə ÇIXACAQ

“Sabah” “Qəbələ” ilə oyuna ciddi itki ilə ÇIXACAQ

Səhər yeməyini bu saatda yemək ömrü uzadır — Araşdırmalar təsdiqlədi

Səhər yeməyini bu saatda yemək ömrü uzadır — Araşdırmalar təsdiqlədi

Şəmkirdə avtomobildən kişi meyiti TAPILDI

Şəmkirdə avtomobildən kişi meyiti TAPILDI

İrana QORXUNC TƏHDİD: “Ən ağır zərbələr bu gün vurulacaq” – VİDEO

İrana QORXUNC TƏHDİD: “Ən ağır zərbələr bu gün vurulacaq” – VİDEO

Japarov yeni təyin etdiyi naziri İŞDƏN QOVDU

Japarov yeni təyin etdiyi naziri İŞDƏN QOVDU

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 14:30-dan 16:30-dək...

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 14:30-dan 16:30-dək...

Tramp: “İranın yeni liderinin sülh şəraitində yaşaya biləcəyinə inanmıram”

Tramp: “İranın yeni liderinin sülh şəraitində yaşaya biləcəyinə inanmıram”

End of content

No more pages to load

RADİO