Xərçəngin dərmanı bu heyvanda imiş

Yaponiya alimləri qurbağaların bağırsağında xərçəng hüceyrələrinə qarşı təsir göstərə bilən bakteriyalar aşkar ediblər. Araşdırma Japan Advanced Institute of Science and Technology (JAIST) alimləri tərəfindən aparılıb və nəticələr "Gut Microbes" jurnalında dərc olunub.

Bizim.Media xəbər verir ki, tədqiqat çərçivəsində alimlər vəhşi amfibiyalar və sürünənlərin mikrobiotasını araşdırıblar.
 

Onlar "Dryophytes japonicus"növünə aid yapon ağac qurbağalarının, həmçinin yapon tritonlarının və çevik kərtənkələlərin bağırsağından ümumilikdə 45 bakteriya ştammı ayırıblar.


Laboratoriya sınaqları zamanı bu bakteriyalardan 9-nun xərçəng hüceyrələrinə qarşı güclü təsir göstərdiyi müəyyən edilib.

Ən yüksək nəticə qurbağaların bağırsağında aşkar olunan Ewingella americana bakteriyasında qeydə alınıb. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, bu bakteriyanın damar daxilinə bir dəfə yeridilməsi kolorektal xərçəng şişinin bütün sınaq heyvanlarında tam yox olmasına səbəb olub.

Bildirilir ki, əldə olunan nəticə bəzi hallarda immunoterapiya və kimyaterapiya kimi standart müalicə üsullarından daha təsirli olub.
 

Alimlərin sözlərinə görə, bakteriya iki istiqamətdə fəaliyyət göstərir. O, şişin oksigeni az olan mühitində toplanaraq xərçəng hüceyrələrini birbaşa məhv edir, eyni zamanda immun sistemini aktivləşdirərək orqanizmin şişə qarşı müdafiəsini gücləndirir.


Tədqiqatçılar bildirirlər ki, gələcək mərhələdə bu üsulun digər xərçəng növlərində də sınaqdan keçirilməsi və insanlarda tətbiqi üçün daha təhlükəsiz metodların hazırlanması planlaşdırılır. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İmtahan suallarının çətin olması ilə bağlı DİM-dən AÇIQLAMA

İmtahan suallarının çətin olması ilə bağlı DİM-dən AÇIQLAMA

Xudat məktəblisi Türkiyədə VƏFAT ETDİ – FOTO

Xudat məktəblisi Türkiyədə VƏFAT ETDİ – FOTO

Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR

Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR

Ukrayna ordusu Dnepropetrovsk vilayətini azad etdi - FOTO

Ukrayna ordusu Dnepropetrovsk vilayətini azad etdi - FOTO

Bu gün Bəylər Eyyubovun YUBİLEYİDİR

Bu gün Bəylər Eyyubovun YUBİLEYİDİR

Maşın yola qaçan qadını vurdu – ANBAAN VİDEO

Maşın yola qaçan qadını vurdu – ANBAAN VİDEO

Azərbaycanda karqo şirkəti fəaliyyətini dayandırır

Azərbaycanda karqo şirkəti fəaliyyətini dayandırır

Emin Əmrullayev uşaqlarla yumurta döyüşdürdü – VİDEO

Emin Əmrullayev uşaqlarla yumurta döyüşdürdü – VİDEO

Makronun Hörmüzə qüvvə göndərməsinə Laricanidən REAKSİYA- FOTO

Makronun Hörmüzə qüvvə göndərməsinə Laricanidən REAKSİYA- FOTO

Aramco-dan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Vəziyyət dəyişməzsə…”

Aramco-dan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Vəziyyət dəyişməzsə…”

İranda 240 saatdır internet yoxdur - FOTO

İranda 240 saatdır internet yoxdur - FOTO

Sığorta etdirmək istəyənlərin NƏZƏRİNƏ – İyulun 1-dən...

Sığorta etdirmək istəyənlərin NƏZƏRİNƏ – İyulun 1-dən...

Baxçalıdan sərt MESAJ: “Türkiyənin, Azərbaycanın hava məkanında raket və PUA görmək istəmirik” – VİDEO

Baxçalıdan sərt MESAJ: “Türkiyənin, Azərbaycanın hava məkanında raket və PUA görmək istəmirik” – VİDEO

SON DƏQİQƏ! Naxçıvanın Konstitusiyasına dəyişiklik edildi

SON DƏQİQƏ! Naxçıvanın Konstitusiyasına dəyişiklik edildi

İran Almaniya hərbçilərinin yerləşdiyi bazaya raket zərbəsi endirdi

İran Almaniya hərbçilərinin yerləşdiyi bazaya raket zərbəsi endirdi

Britni Spirs stressdə - Atası yenidən onun həyatına qayıdır?

Britni Spirs stressdə - Atası yenidən onun həyatına qayıdır?

Vaşinqton İrandakı hərbi əməliyyatlardan çıxmaq istəyir? – Ağ Evdə yeni plan hazırlanır

Vaşinqton İrandakı hərbi əməliyyatlardan çıxmaq istəyir? – Ağ Evdə yeni plan hazırlanır

Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi

Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi

Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA

Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA

DMA-da struktur dəyişikliyi: Rəhbər heyətdə yeni təyinatlar

DMA-da struktur dəyişikliyi: Rəhbər heyətdə yeni təyinatlar

İsrailin öldürməyi planlaşdırdığı İran rəsmilərinin SİYAHISI – FOTO

İsrailin öldürməyi planlaşdırdığı İran rəsmilərinin SİYAHISI – FOTO

İranda Azərbaycan vətəndaşları xəsarət alıb? – XİN-dən AÇIQLAMA

İranda Azərbaycan vətəndaşları xəsarət alıb? – XİN-dən AÇIQLAMA

“Azeri Light”ın 4 il əvvəlki maksimuma çatması - Nə vəd edir? - FOTO

“Azeri Light”ın 4 il əvvəlki maksimuma çatması - Nə vəd edir? - FOTO

Xərçəng xəstəsi olan blogerdən YENİ XƏBƏR VAR - FOTO

Xərçəng xəstəsi olan blogerdən YENİ XƏBƏR VAR - FOTO

End of content

No more pages to load

RADİO