Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO

“Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri normal hərəkət zamanı vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər.

Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 (avtomagistral) və ya 5.3 (avtomobil yolu) nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin zolaqlarda hərəkətlə bağlı sürücülərə müraciətində əks olunub.

"Ancaq təəssüflər olsun ki, paytaxt yollarında sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət edən bir çox sürücülərə rast gəlinir.
 

Bununla yanaşı, nəqliyyat vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı bəzi sürücülərin faraların uzaq işıqlarını ardıcıl şəkildə yandırıb-söndürərək yol tələb etməsi, nəqliyyat vasitəsini sürətlə sürməsi və düzgün ara məsafəsi saxlamaması halları da tez-tez müşahidə edilir.


Belə hallar daha çox paytaxtın üç və daha çox hərəkət zolağı olan - Aeroport şosesi, Heydər Əliyev, Ziya Bünyadov prospektləri, Bakı-Sumqayıt şosesi və digər əsas yollarında olur.

Bununla mənzil başına daha tez çatacaqlarını düşünən belə sürücülər radara yaxınlaşdıqda qəfil sürəti azaltmaqla yanaşı, düzgün ara məsafəsi saxlamadıqlarından qəzalar baş verir.

Eyni zamanda sürücülərin bu cür davranışları həmin zolaqda hərəkətdə olan digər sürücüləri təşvişə salır, onlar qəfil manevrlər etmək məcburiyyətində qalırlar. Bu tip sürücülər nədənsə elə düşünürlər ki, sol zolaqda hərəkət edən digər sürücülər onlara mütləq yol vermək məcburiyyətindədir.
 

Lakin Qanunda qeyd olunub ki, yalnız operativ nəqliyyat vasitələri üstün keçid hüququna malikdir və onlar yaxınlaşdığı zaman zolağın boşaldılması tələb olunur. Hətta bu nəqliyyat vasitələri üstün hərəkət rejimindən istifadə edərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdır. Digər sürücülərin isə belə bir üstünlük hüququ yoxdur.


Qanunun tələbinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə yollarda hərəkət edərkən sağ zolaqlara üstünlük vermələrini, zəruri hallar üçün sol zolaqları boş saxlamalarını tövsiyə edir", - müraciətdə bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Makronun Hörmüzə qüvvə göndərməsinə Laricanidən REAKSİYA- FOTO

Makronun Hörmüzə qüvvə göndərməsinə Laricanidən REAKSİYA- FOTO

Aramco-dan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Vəziyyət dəyişməzsə…”

Aramco-dan Hörmüz boğazı ilə bağlı AÇIQLAMA: “Vəziyyət dəyişməzsə…”

İranda 240 saatdır internet yoxdur - FOTO

İranda 240 saatdır internet yoxdur - FOTO

Sığorta etdirmək istəyənlərin NƏZƏRİNƏ – İyulun 1-dən...

Sığorta etdirmək istəyənlərin NƏZƏRİNƏ – İyulun 1-dən...

Baxçalıdan sərt MESAJ: “Türkiyənin, Azərbaycanın hava məkanında raket və PUA görmək istəmirik” – VİDEO

Baxçalıdan sərt MESAJ: “Türkiyənin, Azərbaycanın hava məkanında raket və PUA görmək istəmirik” – VİDEO

SON DƏQİQƏ! Naxçıvanın Konstitusiyasına dəyişiklik edildi

SON DƏQİQƏ! Naxçıvanın Konstitusiyasına dəyişiklik edildi

İran Almaniya hərbçilərinin yerləşdiyi bazaya raket zərbəsi endirdi

İran Almaniya hərbçilərinin yerləşdiyi bazaya raket zərbəsi endirdi

Britni Spirs stressdə - Atası yenidən onun həyatına qayıdır?

Britni Spirs stressdə - Atası yenidən onun həyatına qayıdır?

Vaşinqton İrandakı hərbi əməliyyatlardan çıxmaq istəyir? – Ağ Evdə yeni plan hazırlanır

Vaşinqton İrandakı hərbi əməliyyatlardan çıxmaq istəyir? – Ağ Evdə yeni plan hazırlanır

Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi

Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi

Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA

Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA

DMA-da struktur dəyişikliyi: Rəhbər heyətdə yeni təyinatlar

DMA-da struktur dəyişikliyi: Rəhbər heyətdə yeni təyinatlar

İsrailin öldürməyi planlaşdırdığı İran rəsmilərinin SİYAHISI – FOTO

İsrailin öldürməyi planlaşdırdığı İran rəsmilərinin SİYAHISI – FOTO

İranda Azərbaycan vətəndaşları xəsarət alıb? – XİN-dən AÇIQLAMA

İranda Azərbaycan vətəndaşları xəsarət alıb? – XİN-dən AÇIQLAMA

“Azeri Light”ın 4 il əvvəlki maksimuma çatması - Nə vəd edir? - FOTO

“Azeri Light”ın 4 il əvvəlki maksimuma çatması - Nə vəd edir? - FOTO

Xərçəng xəstəsi olan blogerdən YENİ XƏBƏR VAR - FOTO

Xərçəng xəstəsi olan blogerdən YENİ XƏBƏR VAR - FOTO

Müşfiq Abbasov azadlığa çıxdı

Müşfiq Abbasov azadlığa çıxdı

Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!

Verdiyiniz borcu geri ala bilmirsinizsə - Bu yazını oxuyun!

YAP İdarə Heyətinin iclası KEÇİRİLƏCƏK

YAP İdarə Heyətinin iclası KEÇİRİLƏCƏK

Buraxılış imtahanlarının cavabları AÇIQLANDI

Buraxılış imtahanlarının cavabları AÇIQLANDI

78 yaşlı kişinin faciəvi ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

78 yaşlı kişinin faciəvi ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ: Türkiyədə NATO-nun Patriot sistemi yerləşdirildi

SON DƏQİQƏ: Türkiyədə NATO-nun Patriot sistemi yerləşdirildi

Xərçəngin dərmanı bu heyvanda imiş

Xərçəngin dərmanı bu heyvanda imiş

Dünyanın 25 ən böyük ordusu açıqlandı - Siyahı

Dünyanın 25 ən böyük ordusu açıqlandı - Siyahı

End of content

No more pages to load

RADİO