Gəncə xəstəxanalarından birinə baş nahiyyəsindən xəsarət alan yeniyetmə gətirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, o, Goranboy rayon Dəyirmanlar kənd sakini Fərid Kərimovdur.
Ona tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. İlkin versiyaya görə, 21 yaşlı F. Kərimov qonşusu ilə mübahisə edib, nəticədə xəsarət alıb.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu