Bu gecə də ölkənin şimal bölgəsində hava qarlı və şaxtalı keçib. Dağlıq ərazilərdə yenidən qar yağıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgə üzrə ən aşağı temperatur -12 dərəcə qeydə alınıb.
Bu göstərici Quba rayonunun Qrız kəndində müşahidə olunub. Həmin kənddə qarın hündürlüyü 20 santimetrə çatıb.
Xınalıq kəndində isə qar örtüyünün qalınlığı 17 santimetr təşkil edib. Ümumilikdə bölgədə Yel çərşənbəsi ərəfəsində qeyri-sabit hava şəraiti davam edir.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu