Azərbaycanda az içilir — Qanda şəkəri nizamlayır

Yaponiyada aparılan yeni araşdırma qanda şəkərin səviyyəsinə nəzarəti yaxşılaşdırmağa kömək edə biləcək sadə içkini üzə çıxarıb. Alimlərin qənaətinə görə, yaşıl çay katexinləri və inulin adlı qida lifini birləşdirən içki orqanizmdə qlükozanın tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Bizim.Media xəbər verir ki, nəticələr "Nutrients" jurnalında dərc olunub.
 

Araşdırmada visseral piylənməsi olan 96 nəfər yetkin iştirak edib. Bu vəziyyətdə piy daxili orqanların ətrafında toplanır və bu da metabolik pozuntular, o cümlədən Şəkərli diabet riskini artırır.


İştirakçılar 12 həftə ərzində hər gün suda həll olunan toz içki qəbul ediblər. İçkinin tərkibində 400 milliqram yaşıl çay katexinləri və 2,3 qram inulin olub. Digər qrup isə plasebo qəbul edib.

Təhlil göstərib ki, aktiv maddələr olan içkini qəbul edən şəxslərdə insulinə həssaslıq yaxşılaşıb. Bu isə o deməkdir ki, hüceyrələr hormonun təsirinə daha yaxşı reaksiya verir və qlükozanı qandan daha effektiv mənimsəyir. Nəticədə qanda şəkərin səviyyəsini normal saxlamaq asanlaşır.

Araşdırma müddətində iştirakçıların visseral piy miqdarında ciddi dəyişiklik qeydə alınmayıb.

Lakin əlavə analiz maraqlı nəticə ortaya qoyub. Metabolizmdə yaxşılaşma bağırsaq mikroflorasındakı dəyişikliklərlə əlaqəli ola bilər.

Xüsusilə insulinə həssaslığın daha çox artdığı iştirakçılarda Coprococcus cinsinə aid bakteriyaların sayında yüksəliş müşahidə edilib. Bu bakteriyalar orqanizm üçün faydalı qısa zəncirli yağ turşularının yaranmasında iştirak edir.

Alimlər bildirir ki, nəticələr ümidverici olsa da, hələ yekun hesab edilə bilməz. Effektin dəqiq təsdiqi və mexanizmlərin daha yaxşı anlaşılması üçün daha geniş və uzunmüddətli araşdırmalar aparılmalıdır. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvan aeroportunun fəaliyyəti BƏRPA EDİLDİ

Naxçıvan aeroportunun fəaliyyəti BƏRPA EDİLDİ

Gömrük Komitəsindən ƏMƏLİYYAT – Saxta aksizli içkilər aşkarlandı

Gömrük Komitəsindən ƏMƏLİYYAT – Saxta aksizli içkilər aşkarlandı

“Bunu biz yox, İran özü edib”

“Bunu biz yox, İran özü edib”

53 ildən sonra İLK – Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

53 ildən sonra İLK – Neft qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Qida ehtiyatı azaldı, marketlərdə ərzaq davası düşdü – VİDEO

Qida ehtiyatı azaldı, marketlərdə ərzaq davası düşdü – VİDEO

Bu tarixdə qısa iş günü OLACAQ

Bu tarixdə qısa iş günü OLACAQ

Masallıda AĞIR QƏZA – 21 yaşlı gənc həyatını itirdi – FOTO

Masallıda AĞIR QƏZA – 21 yaşlı gənc həyatını itirdi – FOTO

13 dərəcə şaxta olacaq, qar yağacaq – SABAHIN HAVASI

13 dərəcə şaxta olacaq, qar yağacaq – SABAHIN HAVASI

Bahalı vasitələrə gərək yoxdur — Kimyəvi yumşaldıcılara son

Bahalı vasitələrə gərək yoxdur — Kimyəvi yumşaldıcılara son

Tolikin yerinə o gəldi - VİDEO

Tolikin yerinə o gəldi - VİDEO

SON DƏQİQƏ! Naxçıvana birbaşa uçuşlar bərpa edilir – CƏDVƏL

SON DƏQİQƏ! Naxçıvana birbaşa uçuşlar bərpa edilir – CƏDVƏL

İranda DƏHŞƏT – 1255 nəfər öldü, 12 mindən çox insan...

İranda DƏHŞƏT – 1255 nəfər öldü, 12 mindən çox insan...

İrandan növbəti HÜCUM: Uşaqlar XƏSARƏT ALDI - VİDEO

İrandan növbəti HÜCUM: Uşaqlar XƏSARƏT ALDI - VİDEO

Novruz tətili yaxınlaşır: Bölgələrdə hotel QİYMƏTLƏRİ - VİDEO

Novruz tətili yaxınlaşır: Bölgələrdə hotel QİYMƏTLƏRİ - VİDEO

“Zirə” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək

“Zirə” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qəbul edəcək

Xızıda köməksiz qalan turistlər belə xilas edildi – VİDEO

Xızıda köməksiz qalan turistlər belə xilas edildi – VİDEO

Müctəba Xameneinin İranın ali rəhbəri seçilməsinə Trampdan REAKSİYA

Müctəba Xameneinin İranın ali rəhbəri seçilməsinə Trampdan REAKSİYA

Efir qadağası qoyulduğu deyilən müğənni EFİRDƏ

Efir qadağası qoyulduğu deyilən müğənni EFİRDƏ

TƏCİLİ! Türkiyə F-16 qırıcılarını bu ölkəyə yerləşdirdi - VİDEO

TƏCİLİ! Türkiyə F-16 qırıcılarını bu ölkəyə yerləşdirdi - VİDEO

3 BÜRC tezliklə əsl sevgini tapacaq, 5 BÜRCÜN başına pul yağacaq

3 BÜRC tezliklə əsl sevgini tapacaq, 5 BÜRCÜN başına pul yağacaq

Ukrayna ordusu Rusiyanın “Pantsir”lərini belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna ordusu Rusiyanın “Pantsir”lərini belə məhv etdi – ANBAAN VİDEO

İsrail Müctəba Xameneiyə qarşı sui-qəsd HAZIRLAYIR? – FOTO

İsrail Müctəba Xameneiyə qarşı sui-qəsd HAZIRLAYIR? – FOTO

Sinir sistemini məhv edən HƏŞƏRAT - Havalar istiləşdikcə artırlar

Sinir sistemini məhv edən HƏŞƏRAT - Havalar istiləşdikcə artırlar

Türkiyədə güclü ZƏLZƏLƏ

Türkiyədə güclü ZƏLZƏLƏ

End of content

No more pages to load

RADİO