Bu gün buraxılış imtahanı KEÇİRİLƏCƏK

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda olacaq.

Həmçinin martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.

Martın 9-da keçiriləcək imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şimal bölgəsi yenidən ağ örpəyə büründü – FOTO

Şimal bölgəsi yenidən ağ örpəyə büründü – FOTO

Piyadaların DİQQƏTİNƏ – Bu halda cərimə olunacaqsınız

Piyadaların DİQQƏTİNƏ – Bu halda cərimə olunacaqsınız

Gəncədə kafe yanaraq KÜLƏ DÖNDÜ - FOTO

Gəncədə kafe yanaraq KÜLƏ DÖNDÜ - FOTO

İran Bəhreynin ən böyük neft emalı zavoduna zərbə endirdi – VİDEO

İran Bəhreynin ən böyük neft emalı zavoduna zərbə endirdi – VİDEO

Azərbaycanda az içilir — Qanda şəkəri nizamlayır

Azərbaycanda az içilir — Qanda şəkəri nizamlayır

Müctəba Xameneinin andiçmə mərasimin yeri və vaxtı AÇIQLANDI

Müctəba Xameneinin andiçmə mərasimin yeri və vaxtı AÇIQLANDI

İrandan etiraf: “Rusiya bizə kömək edir” – VİDEO

İrandan etiraf: “Rusiya bizə kömək edir” – VİDEO

600-dən çox bal yığan müğənnimiz haqqında maraqlı faktlar

600-dən çox bal yığan müğənnimiz haqqında maraqlı faktlar

Bir qəzadan yayınıb, digərinə tuş gəldi – VİDEO

Bir qəzadan yayınıb, digərinə tuş gəldi – VİDEO

Tramp: “Müharibənin dayandırılmasına onunla birgə qərar verəcəm”

Tramp: “Müharibənin dayandırılmasına onunla birgə qərar verəcəm”

Bu şəxslərə XOŞ XƏBƏR - Martın 9-da...

Bu şəxslərə XOŞ XƏBƏR - Martın 9-da...

SEPAH Müctəba Xameneinin Ali rəhbər seçilməsinə belə REAKSİYA VERDİ

SEPAH Müctəba Xameneinin Ali rəhbər seçilməsinə belə REAKSİYA VERDİ

Neftin qiyməti 118 dolları keçdi

Neftin qiyməti 118 dolları keçdi

Ayaqqabıdan gələn pis qoxuya ən ucuz çarə

Ayaqqabıdan gələn pis qoxuya ən ucuz çarə

Xamenei lider seçildi, İran xalqı küçələrə axışdı - Video

Xamenei lider seçildi, İran xalqı küçələrə axışdı - Video

Qadın Rihannanın evini atəşə tutdu – VİDEO

Qadın Rihannanın evini atəşə tutdu – VİDEO

Martda 3 bürcün həyatı yaxşılaşacaq

Martda 3 bürcün həyatı yaxşılaşacaq

İranın yeni ali lideri Müctəba Xamenei kimdir? – DOSYE

İranın yeni ali lideri Müctəba Xamenei kimdir? – DOSYE

Azərbaycan idmanında ağır itki

Azərbaycan idmanında ağır itki

Bu gün buraxılış imtahanı KEÇİRİLƏCƏK

Bu gün buraxılış imtahanı KEÇİRİLƏCƏK

İsfahanda nüvə obyektinə ciddi ziyan dəyib

İsfahanda nüvə obyektinə ciddi ziyan dəyib

Mart ayında doğulanları fərqli edən nədir?

Mart ayında doğulanları fərqli edən nədir?

Putin Ukraynaya qarşı döyüşən azərbaycanlıları Bakıya verməyəcək

Putin Ukraynaya qarşı döyüşən azərbaycanlıları Bakıya verməyəcək

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etmək niyyətində deyil

End of content

No more pages to load

RADİO