İranın İsfahan əyalətində yerləşən nüvə obyektinə ABŞ və İsrailin zərbələri nəticəsində ciddi ziyan dəyib.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, mərkəz martın 7-də raket atəşinə tutulub və nəticədə obyekt "ciddi zədələr" alıb. Bununla belə, hazırda radiasiya çirklənməsi barədə məlumat verilməyib.
İsrail və ABŞ hesab edir ki, İranın nüvə yanacağının böyük hissəsi İsfahanda yeraltı tunellərdə saxlanılır, qalan ehtiyatlar isə Fordo və Natanzdakı bunkerlər arasında bölüşdürülüb.
Münaqişənin ilk günlərində ABŞ və İsrail İsfahan və Fordodakı yeraltı tunellərin girişlərinə yenidən zərbələr endirərək onları bağlamağa və orada saxlanılan materialların çıxarılmasının qarşısını almağa çalışıblar.
Bizim.Media