Goranboyda zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib.
Qadın xəstəxanaya çatırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media