Gəncədə avtomobil azyaşlını xəstəxanalıq edib.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Qəza zamanı hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən piyada, 2015-ci il təvəllüdlü İ. Musayevi vurub. Xəsarət alan azyaşlı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu