İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir.
Bizim.Media xəbər verir ki, Macarıstanın İrandakı səfiri və səfirliyin bir neçə əməkdaşı Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunaraq Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə edilən şəxslər sərhəd-keçid məntəqəsində müvafiq sənədlərin yoxlanılması və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsizlik qaydalarına uyğun şəkildə ölkə ərazisinə buraxılıblar.
İrandan diplomatik nümayəndəlik əməkdaşlarının və xarici ölkə vətəndaşlarının təxliyəsi mərhələli şəkildə davam etdirilir.







Sabutay, Bizim.Media, Cənub bürosu