Kənd sakinləri Ramazan ayında bir araya gələrək öz hesablarına abadlıq işləri aparır.
Bizim.Media-nın yerli bürosu sakinlərə istinadən bildirir ki, kəndin xeyrxah insanları mübarək Ramazan ayında bir araya gələrək yol və küçələrin, su arxlarının yenidən qurulması istiqamətində işlərə başlayıb. Dövlət və yerli orqanları gözləmədən başladılan təşəbbüsə digər sakinlər də qoşulub və beləcə sakinlər öz vəsaitləri hesabına kəndlərini abadlaşdırırlar.
Qeyd olunur ki, artıq kəndin bır sıra küçələrinə xüsusi şebel tökülüb. Su arxlarının boruları yenilənib. İşlər ay boyu davam etdiriləcək.
Sakinlər bu xeyrxah işləri başladan və onlara dəstək olan hər kəsə təşəkkürlərini bildirir.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu