Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Rayonun Göytəpə şəhəri ərazisindən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, qəza zamanı "Qazel" markalı mikroavtobus ilə "Mercedes" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin hər iki avtomobilə ziyan dəyib.
Hadisənin səbəbləri araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu