XİN: Yaxın Şərqdə qalan soydaşlarımızın təxliyəsi üçün zəruri planlaşdırma işləri aparılır

Hazırda BƏƏ hava məkanının yenidən bağlı olduğu nəzərə alınaraq Yaxın Şərqdə Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Körfəz ölkələrindəki Azərbaycanın diplomatik missiyalarına verilmiş tapşırıq əsasında təxliyə üçün vətəndaşlarımızın siyahıya alınması həyata keçirilib. Belə ki, ilkin siyahıyaalma nəticələrinə əsasən 5 ölkədə təxminən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib. Birləşmiş Ərəb Əmirliklərindən 490 nəfər, Səudiyyə Ərəbistanından 220 nəfər, Qətərdən 200 nəfər, Bəhreyndən 23 nəfər, Küveytdən 26 nəfərdir.

Azərbaycan vətəndaşları üçün əsas turizm istiqamətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) və xüsusilə də Dubay şəhərində Azərbaycanın Baş konsulluğunun "FlyDubai" aviaşirkəti ilə apardığı danışıqlar nəticəsində Dubay-Bakı istiqamətində uçuşlar BƏƏ hava məkanı məhdud açıldıqdan sonra həyata keçirilməyə başlanıb. Qeyd olunan istiqamət üzrə 3-5 mart tarixlərində həyata keçirilmiş uçuşlarla 755 nəfər Azərbaycan vətəndaşı ölkəyə geri qayıdıb.

Təxliyəyə ehtiyac duyulan ikinci əsas istiqamət olan Səudiyyə Ərəbistanı üzrə martın 4-də Azərbaycan Hava Yollarına məxsus xüsusi təyyarə reysi ilə Ciddə şəhərindən 193 nəfər Azərbaycan vətəndaşı (bundan əlavə, 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı və 5 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı) (ümumi 207 nəfər) Azərbaycana təxliyə olunub.
 

Bundan əlavə, Qətər Dövləti, Bəhreyn Sultanlığı və Səudiyyə Ərəbistanında qeydiyyata düşmüş vətəndaşlar Azərbaycanın diplomatik missiyalarının təşkil etdiyi müvafiq avtobuslarla Ciddəyə nəqli həyata keçirilib və AZAL-a məxsus Ciddə-Bakı reysi ilə 7 mart 2026-cı il tarixində təxliyə olunaraq 203 nəfər (2 nəfər Rusiya vətəndaşı olan azərbaycanlı, 1 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı daxil olmaqla) ölkəyə geri qayıdıb.


Məlumatda bildirilib ki, İranda olan vətəndaşların maneəsiz şəkildə Azərbaycana quru yolu ilə keçə bilməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib və aidiyyəti dövlət qurumlarına göstəriş verilib:

"İndiyə qədər 300 nəfər Azərbaycan Respublikası vətəndaşı İrandan quru yolla Azərbaycana gəlib", - deyə XİN qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini QƏBUL ETDİ

Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini QƏBUL ETDİ

Tehran polisinin rəisi öldürüldü - FOTO

Tehran polisinin rəisi öldürüldü - FOTO

“Karvan-Yevlax” “Sumqayıt”la heç-heçəyə RAZILAŞDI

“Karvan-Yevlax” “Sumqayıt”la heç-heçəyə RAZILAŞDI

Metroda cibgirlik edən şəxs SAXLANILDI

Metroda cibgirlik edən şəxs SAXLANILDI

DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır

DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır

“Şəfa”nın yeni prezidenti AÇIQLANDI

“Şəfa”nın yeni prezidenti AÇIQLANDI

Liviya Dövləti Prezident Şurasının Sədri İlham Əliyevə ZƏNG EDİB

Liviya Dövləti Prezident Şurasının Sədri İlham Əliyevə ZƏNG EDİB

“Mən heç cavan olmadım”

“Mən heç cavan olmadım”

Türkiyə Şimali Kiprə F-16 qırıcıları YERLƏŞDİRƏCƏK

Türkiyə Şimali Kiprə F-16 qırıcıları YERLƏŞDİRƏCƏK

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü - FOTO

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşdü - FOTO

AFFA nümayəndələri UEFA-nın BAŞ QƏRARGAHINDA

AFFA nümayəndələri UEFA-nın BAŞ QƏRARGAHINDA

Opera tamaşalarında səslənmə niyə pozulur? – Teatrdan AÇIQLAMA

Opera tamaşalarında səslənmə niyə pozulur? – Teatrdan AÇIQLAMA

Yol polisindən qeyri-iş günləri ilə bağlı sürücülərə MÜRACİƏT

Yol polisindən qeyri-iş günləri ilə bağlı sürücülərə MÜRACİƏT

Ceyhun Bayramov TDT-nin Baş katibi ilə İranın Naxçıvana dron hücumlarını müzakirə etdi - FOTO

Ceyhun Bayramov TDT-nin Baş katibi ilə İranın Naxçıvana dron hücumlarını müzakirə etdi - FOTO

Bakıda AĞIR QƏZA: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Bakıda AĞIR QƏZA: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Azərbaycan və Türkiyənin XİN başçıları arasında İstanbulda görüş olub - FOTO

Azərbaycan və Türkiyənin XİN başçıları arasında İstanbulda görüş olub - FOTO

ABŞ İranın BƏƏ-dəki hərbi bazasını vurdu

ABŞ İranın BƏƏ-dəki hərbi bazasını vurdu

Flikdən Levandovski AÇIQLAMASI

Flikdən Levandovski AÇIQLAMASI

Albaniya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

Albaniya Prezidenti İlham Əliyevə ZƏNG ETDİ

Donald Tusk: “Yaxın Şərqdəki müharibə neft qiymətlərinin yüksəlməsinə səbəb olur”

Donald Tusk: “Yaxın Şərqdəki müharibə neft qiymətlərinin yüksəlməsinə səbəb olur”

XİN: Yaxın Şərqdə qalan soydaşlarımızın təxliyəsi üçün zəruri planlaşdırma işləri aparılır

XİN: Yaxın Şərqdə qalan soydaşlarımızın təxliyəsi üçün zəruri planlaşdırma işləri aparılır

Şəmkirdə 16 yaşlı qız ana oldu, ataya cinayət işi açıldı

Şəmkirdə 16 yaşlı qız ana oldu, ataya cinayət işi açıldı

Bakıda qadının evindən 28 min manat oğurlandı: Bacısı qızı SAXLANILDI

Bakıda qadının evindən 28 min manat oğurlandı: Bacısı qızı SAXLANILDI

“Arsenal”dan ulduzları ilə bağlı QƏRAR

“Arsenal”dan ulduzları ilə bağlı QƏRAR

End of content

No more pages to load

RADİO