Ötən gün Naxçıvanda keçiriliməsi planlaşdırılan buraxılış imtahanının vaxtı dəyişdirilib.
Bu barədə Bizim.Media Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, martın 15-də Naxçıvanda keçirilməli olan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının vaxtı dəyişdirilib və aprelin 19-da təşkil olunacaq:
“Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahanda iştirak etmək üçün buraxılış vərəqəsi imtahandan təqribən bir həftə öncə Mərkəzin saytına yerləşdiriləcək. Hazırda buraxılış vərəqəsini çap etmiş şagirdlər də həmin vaxt yenidən "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər”, - deyə məlumatda bildirilib.
Bizim.Media