Kürdəmirdə ikimərtəbəli ev yanaraq külə dönüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 380 kv metr olan ikimərtəbəli 6 otaqdan ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişləndirilməsinin qarşısı alınıb.
Ev sahibinin sözlərinə görə, yanğın zamanı ona 100 min manatdan çox maddi ziyan dəyib. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.






Bizim.Media, Aran bürosu