Azərbaycanda səfirliyə terror hazırlayan şəxslərin məhkəməsi BAŞLADI

Xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşmaqda təqsirləndirilən İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadənin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə cinayət işinin baxışa verilməsi barədə qərar qəbul edib. Baxış iclası martın 18-nə təyin edilib.
 

Qeyd edək ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları - 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.


Adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı İlqar Quliyev, Amin Piriyev və Elvin Əlizadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 28, 214.2.6 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə, dini düşmənçilik zəminində terrorçuluğa hazırlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göyərti BAHALAŞDI – FOTO

Göyərti BAHALAŞDI – FOTO

ADY fevral ayında 874 mindən çox sərnişin daşıyıb – FOTO

ADY fevral ayında 874 mindən çox sərnişin daşıyıb – FOTO

Bu il Həcc ziyarəti təxirə salınacaq? – QMİ-dən AÇIQLAMA

Bu il Həcc ziyarəti təxirə salınacaq? – QMİ-dən AÇIQLAMA

Azərbaycan və Moldova XİN başçıları arasında görüş başladı – FOTO

Azərbaycan və Moldova XİN başçıları arasında görüş başladı – FOTO

İlham Əliyevdən Qana Prezidentinə MƏKTUB

İlham Əliyevdən Qana Prezidentinə MƏKTUB

“Qarabağ” “Neftçi”nin rekordunu TƏKRARLADI

“Qarabağ” “Neftçi”nin rekordunu TƏKRARLADI

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

DİQQƏT! Sumqayıtda qaz olmayacaq

Bakı metrosunun iş qrafikində dəyişiklik EDİLƏCƏK

Bakı metrosunun iş qrafikində dəyişiklik EDİLƏCƏK

Kapital Bank-ın TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu

Kapital Bank-ın TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu

Lukaşenko qadınlara SƏSLƏNDİ: “Ərləriniz sizi incitsə, mənə yazın” – VİDEO

Lukaşenko qadınlara SƏSLƏNDİ: “Ərləriniz sizi incitsə, mənə yazın” – VİDEO

Bizim.Media YAZDI – Xətaidə səkini zəbt edən qanunsuz tikili söküldü – FOTO/VİDEO

Bizim.Media YAZDI – Xətaidə səkini zəbt edən qanunsuz tikili söküldü – FOTO/VİDEO

Kürdəmirdə EV YANDI – Sahibi 100 min ziyana düşdü – FOTO/VİDEO

Kürdəmirdə EV YANDI – Sahibi 100 min ziyana düşdü – FOTO/VİDEO

Sükanda yuxulayan “KamAZ” sürücüsünün törətdiyi qəzanın ANBAAN VİDEOSU

Sükanda yuxulayan “KamAZ” sürücüsünün törətdiyi qəzanın ANBAAN VİDEOSU

Moldovanın Baş nazirinin müavini İlham Əliyevin QƏBULUNDA – FOTO

Moldovanın Baş nazirinin müavini İlham Əliyevin QƏBULUNDA – FOTO

Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?

Dünyanın ən böyük arxeoloji kəşfi: Tutanhamonun məzarı necə tapıldı?

Sumqayıtda DƏHŞƏT: Özündən 18 yaş kiçik arvadını qətlə yetirdi

Sumqayıtda DƏHŞƏT: Özündən 18 yaş kiçik arvadını qətlə yetirdi

Salyanda obyektə çırpılan avtomobil YANDI

Salyanda obyektə çırpılan avtomobil YANDI

Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU

Dövlətə xəyanət etməkdə təqsirləndirilən 4 nəfərə HÖKM OXUNDU

İsrail İranın raket buraxılış qurğularını belə məhv etdi – ANBAAN VİDEO

İsrail İranın raket buraxılış qurğularını belə məhv etdi – ANBAAN VİDEO

“Gördülər ki, sükan arxasında mənəm, düşdülər” – Qadın avtobus sürücülərinin YOL ƏHVALATLARI – VİDEO

“Gördülər ki, sükan arxasında mənəm, düşdülər” – Qadın avtobus sürücülərinin YOL ƏHVALATLARI – VİDEO

Naxçıvanlılar Türkiyədə belə qarşılandı - VİDEO

Naxçıvanlılar Türkiyədə belə qarşılandı - VİDEO

MN:“Hərbi hissələr döyüş mövqelərinə çıxarılır” – FOTO

MN:“Hərbi hissələr döyüş mövqelərinə çıxarılır” – FOTO

"Yeraltı" "Eşref Rüya"ya qarşı...

"Yeraltı" "Eşref Rüya"ya qarşı...

Mingəçevirdə faciəli şəkildə həyatını itirən Zaur Mahmudov tanınmış şəxsin oğlu imiş - FOTO

Mingəçevirdə faciəli şəkildə həyatını itirən Zaur Mahmudov tanınmış şəxsin oğlu imiş - FOTO

End of content

No more pages to load

RADİO