Naxçıvan hədəfdə: İranın təhlükəli oyunu - Uşaq qatili İran dərs vaxtı məktəbi vurur...

Yaxın Şərqdə gərginliyin artdığı və regional qarşıdurmaların yeni mərhələyə keçdiyi bir vaxtda Naxçıvana İran ərazisindən pilotsuz uçuş aparatları ilə hücum həyata keçirilməsi regionda təhlükəsizlik mühitini ciddi şəkildə sarsıdan və yeni geosiyasi risklər yaradan hadisə kimi qiymətləndirilməlidir.

Mülki obyektlərin – hava limanı və məktəb ətrafının – hədəfə alınması göstərir ki, söhbət sadəcə lokal hərbi insidentdən getmir.

Bu, eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulması, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təhlükəli addım və regionda onsuz da kövrək olan təhlükəsizlik balansını pozmağa yönəlmiş açıq təxribatdır.
 

Hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi də qəti mövqe nümayiş etdirərək hücumu sərt şəkildə pisləyib. İranın Azərbaycandakı səfiri nazirliyə çağırılıb və rəsmi etiraz bildirilib. Azərbaycan tərəfi həmçinin bu hücumun cavabsız qalmayacağını və ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlərin görüləcəyini bəyan edib.


Lakin bu hadisənin ən diqqət çəkən tərəfi ondan ibarətdir ki, Azərbaycan uzun illərdir İranla münasibətlərdə son dərəcə təmkinli və konstruktiv mövqe nümayiş etdirib. Münaqişə başlayandan bəri Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkə ərazisi heç vaxt üçüncü dövlətlərə qarşı istifadə olunmayacaq. Üstəlik, Azərbaycan hazırkı ABŞ–İsrail–İran qarşıdurmasında tərəf deyil. Ermənistandan fərqli olaraq heç bir ölkənin hərbi bazası Azərbaycanda yerləşmir. Amma nədənsə bu dronlar Ermənistana deyil, məhz bizə atılır.

Nədənsə yaddan çıxır ki, ABŞ-ın, Aİ-nin bazası, hərbi missiyası Ermənistandadır, İran isə Azərbaycanın mülki infrastrukturunu, uşaqları hədəf götürür. 

Xüsusi vurğulayım ki, Azərbaycanın nümayiş etdirdiyi bu siyasət yalnız diplomatik bəyanatlarla məhdudlaşmayıb. Prezident İlham Əliyev İranın ali rəhbərliyi ilə bağlı baş vermiş hadisə zamanı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub və şəxsən İranın Azərbaycandakı səfirliyini ziyarət edərək başsağlığı verib.

Bununla yanaşı, Azərbaycan İran səfirinin Bakıda mətbuat konfransı keçirərək ölkəsinin mövqeyini ifadə etməsinə imkan verən azsaylı ölkələrdən biri olub. Bu isə Azərbaycanın açıq və konstruktiv diplomatik yanaşmasının göstəricisidir.
 

Digər mühüm məqam isə humanitar sahədə göstərilən dəstəkdir. Azərbaycan İranla sərhəd-keçid məntəqələrini açıq saxlayaraq həm İrandakı digər ölkə vətəndaşlarının təxliyəsinə, həm də İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına şərait yaradıb.


Lakin bütün bu addımlara baxmayaraq, İranın mövcud siyasi rejimi bu gün hədəf kimi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını seçib. Naxçıvan şəhərinə və beynəlxalq hava limanı ərazisinə dron zərbələrinin endirilməsi faktiki olaraq qonşuluq münasibətlərinə zərbə vurmaqla yanaşı, regionda sabitliyə qarşı yönəlmiş açıq təxribat kimi qiymətləndirilir. Xüsusən, yüzlərlə şagirdin təhsil aldığı Şəkərabad kənd məktəbinin hədəf seçilməsi uşaq qatili İranın əsl simasını nümayiş etdirir.

Dərs vaxtı, uşaqlar məktəbdə olarkən tədris müəssisəsinin hədəf seçilməsi aşkar vəhşilikdir.  Bu, molla rejiminin iç üzünü, uşaq qatili simasını nümayiş etdirir.

Ola bilər ki, bir qədər sonra İran rəsmi bəyanat verərək dronun təsadüfən düşdüyünü iddia etsin. Lakin burada təsadüf elementinə inanmaq əsassızdır – hücum bir deyil, iki dronla həyata keçirilib və hədəflər məqsədyönlü seçilib. Bu isə hadisənin təsadüfi deyil, planlı hərəkət olduğunu göstərir.

Özünü İslamın keşikçisi kimi təqdim edən fars-molla rejiminin regiondakı davranışları isə uzun illərdir ciddi suallar doğurur.

Azərbaycanın yüzlərlə yaşayış məntəqəsinin işğal altında qaldığı dövrdə, məscidlərin dağıdıldığı, bəzilərinin isə donuz fermalarına çevrildiyi illərdə rəsmi Tehran bu vandalizmə göz yumub. Daha da irəli gedərək illərlə işğalçı Ermənistanla iqtisadi və siyasi münasibətlərini davam etdirib və faktiki olaraq onu dəstəkləyən addımlar atıb, işğalçı ölkəni "yemləyib". 

Eyni zamanda İran rəsmiləri Zəngəzur dəhlizi məsələsini “qırmızı xətt” kimi təqdim edərək Azərbaycana qarşı sərt ritorika nümayiş etdiriblər. Naxçıvanın düz yanında, Araz çayı boyunca keçirilən hərbi təlimlər isə açıq şəkildə güc nümayişi və siyasi mesaj kimi qəbul olunub.

Qarabağ müharibəsi dövründə də İranın davranışı Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradıb. Araz istiqamətində düşmən ölkənin kəşfiyyat məlumatları ilə təmin edildiyi barədə məlumatlar uzun müddət müzakirə mövzusu olub.
 

Bundan əlavə, İranın Azərbaycana qarşı uzunmüddətli təzyiq siyasətinin bir digər nümunəsi də dil məsələsində özünü göstərir. 30 milyona yaxın azərbaycanlının yaşadığı ölkədə Azərbaycan dilində bir məktəb belə fəaliyyət göstərmir, lakin illərdir hər gün bu ölkədən bizə dil uzadılır. 


Bununla yanaşı, Naxçıvan istiqamətində illərdir davam edən kəşfiyyat və pozuculuq fəaliyyətlərini də qeyd etmək lazımdır. Aidiyyəti dövlət qurumlarının sayıqlığı sayəsində onlarla belə cəhdin qarşısı qətiyyətlə alınıb, həyata keçməsi mümkün olmayıb. Xüsusilə narkotik qaçaqmalçılığı ilə bağlı təhlükələr də uzun müddətdir mövcuddur. Gömrük və digər hüquq-mühafizə orqanlarının ciddi nəzarəti olmasaydı, Naxçıvanın regionda narkotik ticarətinin əsas tranzit nöqtələrindən birinə çevrilməsi təhlükəsi real ola bilərdi.

Bütün bu faktlar fonunda Naxçıvana qarşı həyata keçirilən dron hücumu təsadüfi insident kimi deyil, daha geniş siyasi və geosiyasi kontekstin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu hadisə bir daha göstərir ki, regionda sabitlik və qarşılıqlı hörmət prinsipləri yalnız birtərəfli şəkildə qorunanda davamlı nəticə vermir. Azərbaycan isə öz suverenliyini, ərazi bütövlüyünü və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmaqla yanaşı, regionda bu cür təxribatların təkrarlanmasına imkan verməyəcəyini də açıq şəkildə nümayiş etdirir.

SAHİL Tahirli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Fransa səfirindən İranın Naxçıvana dron hücumu ilə bağlı AÇIQLAMA

Fransa səfirindən İranın Naxçıvana dron hücumu ilə bağlı AÇIQLAMA

Naxçıvandakı Şəkərabad məktəbi ilə bağlı son durum: "Feyk fotolar yayılır"

Naxçıvandakı Şəkərabad məktəbi ilə bağlı son durum: "Feyk fotolar yayılır"

Qazaxıstan İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə etdi

Qazaxıstan İranın Naxçıvana hücumundan dərin narahatlıq ifadə etdi

Rusiyada saxlanılan soydaşlarımıza hökm oxundu - CƏZALAR

Rusiyada saxlanılan soydaşlarımıza hökm oxundu - CƏZALAR

Ankaranın sülh planı: ABŞ razı imiş, İran "yox" deyib

Ankaranın sülh planı: ABŞ razı imiş, İran "yox" deyib

Sibiqa: “Azərbaycana hücum göstərir ki, Tehrandakı rejim qlobal təhlükədir” - FOTO

Sibiqa: “Azərbaycana hücum göstərir ki, Tehrandakı rejim qlobal təhlükədir” - FOTO

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Şahdağda keçirilən Avropa çempionatında 2-ci günün QALİBLƏRİ – SİYAHI

Şahdağda keçirilən Avropa çempionatında 2-ci günün QALİBLƏRİ – SİYAHI

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi

Latviya səfirliyi Azərbaycana dron hücumunu şiddətlə pislədi

Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək

Günəşdə güclü partlayışlar 2028-ci ilə qədər davam edəcək

Ceyhun Bayramov Hakan Fidanla İranın Azərbaycana dron hücumlarını müzakirə etdi

Ceyhun Bayramov Hakan Fidanla İranın Azərbaycana dron hücumlarını müzakirə etdi

SON DƏQİQƏ! “İran PUA-larından biri sıradan çıxarılıb” – Müdafiə Nazirliyindən AÇIQLAMA

SON DƏQİQƏ! “İran PUA-larından biri sıradan çıxarılıb” – Müdafiə Nazirliyindən AÇIQLAMA

Milli QHT Forumu: “İran Azərbaycana hücum etməklə böyük səhvə yol verdi”

Milli QHT Forumu: “İran Azərbaycana hücum etməklə böyük səhvə yol verdi”

"İran başını itirib" — Türk general Naxçıvana hücumdan danışdı

"İran başını itirib" — Türk general Naxçıvana hücumdan danışdı

Azərbaycan Kuboku: Yarımfinalda "Zirə"nin rəqibi bu komanda olacaq - VİDEO

Azərbaycan Kuboku: Yarımfinalda "Zirə"nin rəqibi bu komanda olacaq - VİDEO

Maka Botçorişvilidən İranın dron hücumları ilə bağlı Ceyhun Bayramova ZƏNG

Maka Botçorişvilidən İranın dron hücumları ilə bağlı Ceyhun Bayramova ZƏNG

Prezident: “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri həyata keçirilsin” - VİDEO

Prezident: “Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri həyata keçirilsin” - VİDEO

İlham Əliyev: “Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar” - VİDEO

İlham Əliyev: “Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar” - VİDEO

İlham Əliyev: "Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək" - VİDEO

İlham Əliyev: "Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək" - VİDEO

Prezident: “İstənilən bəd qüvvə bizim “Dəmir yumruğ”umuzu görəcək” - VİDEO

Prezident: “İstənilən bəd qüvvə bizim “Dəmir yumruğ”umuzu görəcək” - VİDEO

Prezident: “Bu terror aktını törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir” - VİDEO

Prezident: “Bu terror aktını törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir” - VİDEO

Bakıdan Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ! Alternativ reyslər təşkil olundu – CƏDVƏL

Bakıdan Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ! Alternativ reyslər təşkil olundu – CƏDVƏL

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - FOTO/VİDEO

İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO