Göyçayda şəhər sakini itkin düşüb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Potu kəndi ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1995-ci il təvəllüdlü Abdullayev Ramil Elşad oğlu 4 mart tarixində evdən çıxıb və geri qayıtmayıb.
Yaxınları onun naməlum istiqamətə getdiyini və itkin düşdüyünü bildirirlər. Eyni zamanda onlar Ramilin su kanalına düşərək batdığını iddia edir.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və onun axtarışları davam etdirlir.
Bizim.Media, Aran bürosu