Goranboyda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Qəza zamanı hərəkətdə olan "Nissan" markalı avtomobillə "VAZ 21011" markalı maşınla toqquşub.
İlkin məlumata görə, qəza zamanı 1990-cı il təvəllüdlü Mahmud Baxşəliyev, 2003-cü il təvəllüdlü Rəvan Mehdiyev, 2008-il təvəllüdlü İlkeş Rəsulov və 1955-ci il təvəllüdlü Məhərrəm Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu