Ev alarkən DİQQƏTLİ OLUN - Alqı-satqı müqaviləsində bu şərtlər mütləq olmalıdır

Daşınmaz əmlak alqı-satqısı zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri mənzildə əvvəlki sahibdən qalan qeydiyyat məsələsidir. Bir çox alıcı düşünür ki, mülkiyyət hüququnu əldə etdikdən sonra mənzil tam şəkildə onun ixtiyarına keçir və orada qeydiyyatda olan şəxslər avtomatik çıxarılır. Lakin düşündüyü kimi olmur, təzə evinin “dad”ını çıxarmamış dərd-səri başlayır, məlum olur ki, evin qeydiyyatında tanımadığı adamlar da var.

Bəs bu gələcəkdə nə kimi hüquqi problemlər yarada bilər?

Hüquqşünas Vüsal Bəndəliyevin Bizim.Media-ya açıqlamasına görə, məsələ əsasən qeydiyyatın xarakterindən və həmin şəxsin hüquqi statusundan asılıdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mənzilin mülkiyyətçisi dəyişdikdə, əvvəlki qeydiyyatda olan şəxslərin yaşayış hüququ avtomatik olaraq ləğv edilmir. Əgər həmin şəxs ailə üzvü olubsa və ya müqavilə əsasında yaşayış hüququ əldə edibsə, o özü könüllü qeydiyyatdan çıxmırsa, onun çıxarılması yalnız məhkəmə qaydasında mümkündür. Xüsusilə şəxs azyaşlıdırsa bu, problemi daha da dərinləşdirir.

Çünki azyaşlıların qeydiyyatdan çıxarılması üçün qəyyumluq orqanlarının razılığı tələb olunur.

“Bundan başqa, şəxsin yaşayış hüququ qabaqcadan imzaladığı müqavilə ilə qorunursa, məsələn, əvvəlki sahib notarial qaydada ona ömürlük istifadə hüququ veribsə, yeni sahib həmin hüququ dərhal ləğv edə bilməz. Bu da yeni sahibə gələcəkdə problemlər yaradacaq.

Xüsusilə, mənzilin yenidən satışı zamanı daha gözüaçıq alıcı belə riskli əmlaka yaxın durmayacaq. İpoteka zamanı da problemlər yarana bilər. Əgər qeydiyyatda yad şəxs qalırsa, banklar ipoteka verməkdən imtina edə bilər. Ona görə də ev alarkən diqqətli olmaq lazımdır, mənzildə qeydiyyatda olan şəxslər barədə arayış alın. Bundan başqa, alqı-satqı müqaviləsində qeydiyyatda kimsə varsa, onun adının çıxarılması təmin edilməlidir”.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Yeraltı" "Eşref Rüya"ya qarşı...

"Yeraltı" "Eşref Rüya"ya qarşı...

Mingəçevirdə faciəli şəkildə həyatını itirən Zaur Mahmudov tanınmış şəxsin oğlu imiş - FOTO

Mingəçevirdə faciəli şəkildə həyatını itirən Zaur Mahmudov tanınmış şəxsin oğlu imiş - FOTO

Naxçıvan üzərində İran PUA-ları – Kor zona və HHM imkanlarının sınağı

Naxçıvan üzərində İran PUA-ları – Kor zona və HHM imkanlarının sınağı

MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verdi

MEDİA jurnalist Nicat Rüstəmovun vəfatı ilə bağlı başsağlığı verdi

Sürücü sükanda yuxuladı - “KamAZ” marşrut avtobusuna çırpıldı – FOTO

Sürücü sükanda yuxuladı - “KamAZ” marşrut avtobusuna çırpıldı – FOTO

İran Manamanı vurdu – VİDEO

İran Manamanı vurdu – VİDEO

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycanda üç vəkil CƏRİMƏLƏNDİ

Azərbaycanda üç vəkil CƏRİMƏLƏNDİ

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

SON DƏQİQƏ! Türkiyədə güclü ZƏLZƏLƏ oldu

Lüks avtomobili və bahalı çantası ilə gündəm oldu - Fotolar

Lüks avtomobili və bahalı çantası ilə gündəm oldu - Fotolar

Əcnəbilərlə evlilik - Kişiyə olar, qadına olmaz?

Əcnəbilərlə evlilik - Kişiyə olar, qadına olmaz?

Ən tez aşiq olub peşman olan 3 bürc

Ən tez aşiq olub peşman olan 3 bürc

Azərbaycanda səfirliyə terror hazırlayan şəxslərin məhkəməsi BAŞLADI

Azərbaycanda səfirliyə terror hazırlayan şəxslərin məhkəməsi BAŞLADI

Azərbaycanlı tanınmış müğənni faciəli şəkildə həyatını itirdi – FOTO/VİDEO

Azərbaycanlı tanınmış müğənni faciəli şəkildə həyatını itirdi – FOTO/VİDEO

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

İtaliyanın İrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək

İtaliyanın İrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək

On beş dəfə söz verib ki, Netanyahunu əfv edəcək - Tramp

On beş dəfə söz verib ki, Netanyahunu əfv edəcək - Tramp

Nicat Rüstəmov VƏFAT ETDİ

Nicat Rüstəmov VƏFAT ETDİ

Ev alarkən DİQQƏTLİ OLUN - Alqı-satqı müqaviləsində bu şərtlər mütləq olmalıdır

Ev alarkən DİQQƏTLİ OLUN - Alqı-satqı müqaviləsində bu şərtlər mütləq olmalıdır

Dini liderlər Tramp üçün belə dua etdilər – VİDEO

Dini liderlər Tramp üçün belə dua etdilər – VİDEO

"Xəmsə Park"da YANĞIN – FOTO

"Xəmsə Park"da YANĞIN – FOTO

Aldadıldığını anlamadı, “Adolf”la İranın gələcəyindən danışdı - VİDEO

Aldadıldığını anlamadı, “Adolf”la İranın gələcəyindən danışdı - VİDEO

Saat 10.00-dan etibarən işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10.00-dan etibarən işıq kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Bir nömrəli səfərbərlik vəziyyəti nədir?

Bir nömrəli səfərbərlik vəziyyəti nədir?

End of content

No more pages to load

RADİO