Bakı-Quba yolunun Sumqayıtın H.Z.Tağıyev qəsəbəsində, yolun 43,5 ci km-də baş verən qəzada yaralanan MAN sürücüsü, Siyəzən şəhər sakini Babək Şükür oğlu Abbasov vəfat edib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, mərhum Babək Abbasovun 11-ci sinifdə oxuyan oğlu Hihat Abbasov da 2023-cü ildə avtomobil qəzasında ölüb.
Xatırladaq ki, Babək Şükür oğlu Abbasovun idarə etdiyi 07-SK-687 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili yolun kənarında dayanmış İran vətəndaşı Miray Mənsur oğlu Muxtarizərəyə məxsus HOWO markalı, 90-AG-211 dövlət nömrə nişanlı yük avtomobilinə çırpılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu