Rusiya Fövqəladə Hallar Nazirliyinin Il-76 təyyarəsi Lənkərana eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, təyyarə İrandan gələn Rusiya vətəndaşlarının daşınması üçün Lənkərana enib.
Qeyd olunur ki, İsrail və ABŞ-ın İrana hücumundan sonra yüzlərlə Rusiya vətəndaşı Azərbaycanla sərhədi Astara sərhəd buraxılış məntəqəsi vasitəsilə keçib.
Bizim.Media