Külli miqdarda rüşvətdə ittiham olunan sabiq rəisin işində YENİ DETALLAR

Külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin məhkəməsi maraqlı anlarla yadda qalıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində baxılan işdə hazırda şahidlər ifadə verir.
 

Prokurorluq İlham Haqverdiyevi rəis işlədiyi müddətdə bir neçə nəfərin işə düzəlməsi üçün ümumilikdə 4 800 manat rüşvət almaqda ittiham edir. Bu əsasla ona qarşı səkkiz ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutan külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi başlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.


Hazırda cinayət işini Fikrət Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Amma məhkəmə prosesində ittihamda yazılanlardan tam fərqli mənzərə var. Çünki iş üçün əhəmiyyət daşıyan şahidlər heç biri İlham Haqverdiyevin adını çəkmirlər. Əksinə, şahidlər təqsirləndirilən şəxsin lehinə danışır, işə düzəlmək üçün pulu rəis Haqverdiyevə deyil, onun müavini kapitan Muraz Həsənova verdiklərini deyirlər.

İfadə verən şahidlər hələ də istirahət evində işləyir, indi rəisləri də elə Muraz Həsənovdur. Bu gün dindirilənlərdən biri sözügedən istirahət evində xadimə işləyən Yeganə Həsənova olub.

Şahid deyib ki, işə düzəlməsinə qardaşı kömək edib, bunun üçün də Muraz Həsənova 1 000 manat rüşvət verib. Amma o, pulun İlham Haqverdiyevə çatıb-çatmadığını bilmir:

"İlham Haqverdiyevə şəxsən pul verməmişik. Qardaşımın dediyinə görə, işi Muraz Həsənov təşkil edib. Başqa heç nə deyə bilmərəm, yadımdan çıxıb hər şey".

Şahidin məhkəmədə dedikləri ilə prokurorluqdakı ifadəsi arasındakı ziddiyyətli məqam isə verilən rüşvətin İlham Haqverdiyevə çatdırılacağını deməsi ilə bağlı olub.
 

Hakim Yeganədən məhz bu hissəyə aydınlıq gətirməsini istəyib. Amma şahid "kağızda nə yazıbsa, odur", "oğlum əsgərdir, onu düşünürəm" kimi yayındırıcı cavablar verib. Məhkəmə yalan ifadə verməyə görə məsuliyyət nəzərdə tutulduğunu elan etsə də, şahiddən dolğun cavab almaq mümkün olmayıb.


Prosesin davamında eyni yerdə arxa təminat xidmətinin müdiri Seyran Əhmədov və onun işə düzəltdiyi bacısı oğlu Etibar Xanəliyev hakim qarşısında sorğu-sual ediliblər. Etibar dayısının təklifi ilə istirahət evinin yanğın mühafizə xidmətinə mülki müfəttiş vəzifəsinə düzəlib. Bunun qarşılığında isə 2 500 manat rüşvət verib.

Məhkəmə tərkibini maraqlandıran əsas məsələ həmin pulun kimə çatmas olub. Şahidlərin ikisindən də məhz bu soruşulub. Əvvəlki şahid kimi dayı və bacıoğlu da əminliklə pulu rəis müavini Muraz Həsənova verdiklərini deyiblər.

Prokurorun bir neçə dəfə ayrı-ayrı yönlərdən suallar verməsinə baxmayaraq, şahidlər ifadələrini dəyişməyiblər. Şahidlər əlavə olaraq deyiblər ki, İlham Haqverdiyev işə qəbullardan sonra keçirdiyi iclaslarda heç kimə rüşvət verilməməsini, kimsə pul istəyəcəyi halda məlumatlandırılmasını tapşırdığını bildiriblər.

Təqsirləndirilən şəxs özü də bu tapşırığı verdiyini təkrarlayıb, şahidlərdən nəyə görə Muraz Həsənova pul verdiklərini soruşub.

Prokuror yekunda "Bəs nəyə görə istintaq vaxtı demisiniz ki, Muraz Həsənov pulu Haqverdiyevə çatdıracaq?" - deyə soruşub. Şahid Seyran Əhmədov bunun səbəbini əvvəki ifadəsində anlaşılmazlıq olması ilə əlaqələndirib, bacısı oğlu isə ümumiyyətlə, elə söz dediyini xatırlamayıb. Şahidlər indi dediklərinin doğru olduğunu və təsdiq edilməsini xahiş ediblər.

Qeyd edək ki, bundan əvvəlki iclasda Muraz Həsənov özü ifadə verib. O, aldığı pulları İlham Haqverdiyevə çatdırdığını bildirib. Həmin iclasa Həsənov kapitan rütbəsində qatılmışdı. Bu gün isə o, mayor rütbəsi ilə görünüb.

Digər şahidlərin iştirakını təmin etmək məqsədilə proses martın 10-na qədər təxirə salınıb.

Qeyd edək ki, mayor İ.Haqverdiyev beş ay əvvəl həbs edilib. Hazırda istirahət evinin rəisi vəzifəsini mayor M.Həsənov icra edir. Haqverdiyev geniş ifadə verməsə də, özünü təqsirli bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

“Real”da ciddi itki

“Real”da ciddi itki

DİQQƏT: 1600 abonentin qazı kəsiləcək

DİQQƏT: 1600 abonentin qazı kəsiləcək

"Brilliant Dadaşovanın sözlərindən sonra özümü toparladım"

"Brilliant Dadaşovanın sözlərindən sonra özümü toparladım"

Dubaydakı ABŞ Konsulluğunun yaxınlığında güclü YANĞIN BAŞLAYIB - VİDEO

Dubaydakı ABŞ Konsulluğunun yaxınlığında güclü YANĞIN BAŞLAYIB - VİDEO

“Araz Naxçıvan”ın futbolçusu məşqlərə başladı

“Araz Naxçıvan”ın futbolçusu məşqlərə başladı

Rusiyaya məxsus təyyarə Lənkərana ENİŞ ETDİ

Rusiyaya məxsus təyyarə Lənkərana ENİŞ ETDİ

İsrail Tehranda məxfi nüvə mərkəzini vurdu

İsrail Tehranda məxfi nüvə mərkəzini vurdu

Ramazanın 14-cü gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

Ramazanın 14-cü gününün iftar və imsak vaxtları - GÜNÜN DUASI

Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

Şuşada Od çərşənbəsi qeyd edildi - VİDEO

Şuşada Od çərşənbəsi qeyd edildi - VİDEO

SEPAH generalı ABŞ və İsrailin zərbələri nəticəsində öldürüldü

SEPAH generalı ABŞ və İsrailin zərbələri nəticəsində öldürüldü

“Zirə” Azərbaycan Kubokunun yarımfinalına çıxdı - VİDEO

“Zirə” Azərbaycan Kubokunun yarımfinalına çıxdı - VİDEO

Tramp Rza Pəhləvinin İrana rəhbərliklə bağlı təklifi dəstəkləmədi

Tramp Rza Pəhləvinin İrana rəhbərliklə bağlı təklifi dəstəkləmədi

Külli miqdarda rüşvətdə ittiham olunan sabiq rəisin işində YENİ DETALLAR

Külli miqdarda rüşvətdə ittiham olunan sabiq rəisin işində YENİ DETALLAR

Azərbaycanlı futbolçu bu ölkədə klubunu DƏYİŞDİ

Azərbaycanlı futbolçu bu ölkədə klubunu DƏYİŞDİ

Prezident ailəsi ilə tonqal ətrafında - FOTO

Prezident ailəsi ilə tonqal ətrafında - FOTO

Dubay və Əbu-Dabiyə uçuşlar GERİ QAYTARILDI

Dubay və Əbu-Dabiyə uçuşlar GERİ QAYTARILDI

Azərbaycanlı futbolçu Qırğızıstanda qol vurdu

Azərbaycanlı futbolçu Qırğızıstanda qol vurdu

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olundu - FOTO

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olundu - FOTO

İran Dubay, Əbu-Dabi və Dohaya zərbələr endirir - VİDEO

İran Dubay, Əbu-Dabi və Dohaya zərbələr endirir - VİDEO

Azərbaycan klublarının azarkeş formaları niyə BAHADIR?

Azərbaycan klublarının azarkeş formaları niyə BAHADIR?

Marketdə istehlaka yararsız məhsullar aşkarlandı - FOTO

Marketdə istehlaka yararsız məhsullar aşkarlandı - FOTO

Tehrana raket zərbələri endirilir - VİDEO

Tehrana raket zərbələri endirilir - VİDEO

End of content

No more pages to load

RADİO