Sosial mediada ChatGPT boykotuna başlanılıb. Milyonlarla istifadəçi ChatGPT-ni silir və alternativ tətbiqləri yükləyir.
Bizim.Media xəbər verir ki, "ChatGPT-ni silin" boykotu artıq sosial mediada milyonlarla insana çatıb.
Belə ki, OpenAI-ın baş direktoru Sem Altman ABŞ Hərbi Nazirliyi (Pentaqon) ilə nazirliyin gizli şəbəkəsinə texnologiya təmin etmək üçün müqavilə imzaladığı barədə açıqlaması geniş ictimai
reaksiyaya səbəb olub.
Tənqidlər artdıqca dünyanın hər yerindən minlərlə ChatGPT istifadəçisi sosial mediada abunəliklərini ləğv etdiklərini elan edib.
Pop musiqi ulduzu Keti Perri də X platformasında "ChatGPT-dən imtina etdiyini" bildirib və Claude-a abunə olduğunu göstərən ekran görüntüsünü paylaşıb.
Baş direktor Sem Altman tənqidlərə cavab olaraq müqavilədə silahları və kütləvi nəzarəti qadağan edən ciddi təhlükəsizlik bəndlərinin olduğunu bildirsə də, bu açıqlama boykota qarşı təsirli olmayıb.
İstifadəçilər Anthropic tərəfindən hazırlanmış süni intellekt tətbiqi olan Claude-a keçdiklərini elan ediblər.(medicina.az)
Bizim.Media