Vaxtsız yağan qar, fermerlərin narahatlığı – Məhsuldarlıq aşağı düşəcək? – FOTO

Son zamanlar Gəncədə və ətraf rayonlarda davam edən isti hava şəraiti ağacların oyanmasına, bəzi yerlərdə isə çiçək açmasına imkan yaradıb. Gəncə ilə yanaşı Goranboy və Samux rayonlarında da zoğal, ərik və şaftalı ağacları artıq çiçək açıb.

Lakin mart ayının ilk günündən başlayaraq regionda havaların kəskin soyuması, bəzi ərazilərə qar yağması kənd təsərrüfatına mənfi təsir edə biləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Hətta bəzi təsərrüfat sahibləri bu il Gəncədə və ətraf rayonlarda ərik ağaclarının bol məhsul verməyəcəyi qənaətindədirlər.

Məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosuna danışan Aqrar Elmlər Doktoru, Professor Zaur Həsənov vəziyyətin o qədər də təhlükəli olmadığını deyib:

“Fevral ayında havaların isti keçməsi, temperaturun aylıq normadan yuxarı olması ağacların və bitkilərin erkən oyanmasına şərait yaradıb. Gəncədə, Samuxda, Goranboyda zoğal, ərik və şaftalı ağacları arasında çiçəkləyənləri var. Əlbəttə bu fevralın sonu, martın əvvəli üçün xarakterik bir hal deyil. Amma bitkilər və ağaclar adətən havanın temperaturuna uyğun oyanırlar.

Martın 1-i və 2-də havaların kəskin soyuması, Gəncədə və yaxın ərazilərdə qarın yağması bəzi problemlər yarada bilər. Lakin qarın yağmasına baxmayaraq temperaturun mənfi olmaması ümidverici bir haldır. Çünki qar yağsa da, ağacların bəzilərində artıq tozlanma gedib, bəziləri isə o qədər də ziyan görməyib”.

Zaur Həsənov onu da vurğulayıb ki, qarın yağması ağaclar arasında ən çox zərifliyi ilə seçilən əriklərə mənfi təsir göstərə bilər:

“Hesab edirəm ki, havanın temperaturunun 18-19 dərəcədən 1-2 dərəcəyə düşməsi, 3-4 saat qarın mənfi olmayan temperaturda yağması az da olsa, məhsuldarlığa təsir edəcək. Amma bu o dəmək deyil ki, bu il ərik olmayacaq. Lakin əgər ağaclarının məhsuldarlığı 30-40 faiz idisə, bu rəqəm 15-20 faizə qədər enə bilər. Onu da qeyd edim ki, qardan sonra gecə saatlarında mənfi temperaturun qeydə alınması və bu gündən etibarən günəşli hava şəraiti proseslərə müsbət təsirini göstərəcək”.















Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laçın-Şuşa yolunda qəzada xəsarət alan şəxsin SON DURUMU

Laçın-Şuşa yolunda qəzada xəsarət alan şəxsin SON DURUMU

Efir qadağası qoyulduğu iddia edilən Təranə Qumraldan AÇIQLAMA – ÖZƏL

Efir qadağası qoyulduğu iddia edilən Təranə Qumraldan AÇIQLAMA – ÖZƏL

Onlardan 5 illik musiqi təhsili tələb olunacaq

Onlardan 5 illik musiqi təhsili tələb olunacaq

Ronaldo Səudiyyə Ərəbistanını tərk etdi

Ronaldo Səudiyyə Ərəbistanını tərk etdi

İranın müharibə başlayandan bəri hücum etdiyi ölkələr və strateji obyektlər – SİYAHI

İranın müharibə başlayandan bəri hücum etdiyi ölkələr və strateji obyektlər – SİYAHI

Şok İDDİA: “Elçin Cəlilovu bilərəkdən narkotikə qurşandırdılar” – VİDEO

Şok İDDİA: “Elçin Cəlilovu bilərəkdən narkotikə qurşandırdılar” – VİDEO

ABŞ müharibəyə gündəlik 220 milyon dollar xərcləyir

ABŞ müharibəyə gündəlik 220 milyon dollar xərcləyir

Azərbaycan və Rusiya baş nazirləri arasında TELEFON DANIŞIĞI – Nəyi müzakirə etdilər?

Azərbaycan və Rusiya baş nazirləri arasında TELEFON DANIŞIĞI – Nəyi müzakirə etdilər?

"ChatGPT-ni silin" çağırışı başladı: Səbəbi

"ChatGPT-ni silin" çağırışı başladı: Səbəbi

Bu məhkəmələrə yeni hakimlər təyin olundu – ADLAR

Bu məhkəmələrə yeni hakimlər təyin olundu – ADLAR

SON DƏQİQƏ! Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI

SON DƏQİQƏ! Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI

Prezident: “Bunu nəzərə almırsınızsa, siz xəyallarla yaşayırsınız”

Prezident: “Bunu nəzərə almırsınızsa, siz xəyallarla yaşayırsınız”

“Sabah”ın prezidentindən Qurban Qurbanova - “Qələbəmizə kölgə salmışdı”

“Sabah”ın prezidentindən Qurban Qurbanova - “Qələbəmizə kölgə salmışdı”

Orxan Lökbatanlı: “Şükür edirəm ki, xəbər yayılan anda ailəm yanımda idi” – VİDEO

Orxan Lökbatanlı: “Şükür edirəm ki, xəbər yayılan anda ailəm yanımda idi” – VİDEO

DSMF pensiyalarla bağlı məlumat yaydı

DSMF pensiyalarla bağlı məlumat yaydı

"Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli üzərində birlikdə işləməliyik" - Prezident

"Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli üzərində birlikdə işləməliyik" - Prezident

İlham Əliyev: “Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq”

İlham Əliyev: “Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındayıq”

Prezidentdən “Şahdəniz”lə bağlı MÜHÜM AÇIQLAMA

Prezidentdən “Şahdəniz”lə bağlı MÜHÜM AÇIQLAMA

Şabran və Xaçmazın bəzi ərazilərində qaz kəsiləcək – BU TARİXDƏ

Şabran və Xaçmazın bəzi ərazilərində qaz kəsiləcək – BU TARİXDƏ

Dan Yorgensen: “Azərbaycan 2024-cü ildə təbii qazın Avropaya ixracına görə 24 milyard avro qazanıb”

Dan Yorgensen: “Azərbaycan 2024-cü ildə təbii qazın Avropaya ixracına görə 24 milyard avro qazanıb”

İlham Əliyev: “Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır”

İlham Əliyev: “Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan qaz alır”

Səfəvilərin İranda tikdirdiyi tarixi saraya da zərər dəyib – FOTO

Səfəvilərin İranda tikdirdiyi tarixi saraya da zərər dəyib – FOTO

Netanyahu: “Biz yaxşı oğlanlarıq” – VİDEO

Netanyahu: “Biz yaxşı oğlanlarıq” – VİDEO

Paytaxt sakinləri Novruz çərşənbələrini qeyd edirmi? – VİDEO

Paytaxt sakinləri Novruz çərşənbələrini qeyd edirmi? – VİDEO

End of content

No more pages to load

RADİO