2 mart saat 21:00-dan 3 mart saat 00:00-dək Astara Sərhəd Gömrük-keçid məntəqəsi üzərindən 50 nəfərin təxliyəsi həyata keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təxliyə olunanlar arasında 7 Azərbaycan, 10 Tacikistan, 11 Rusiya Federasiyası, 17 Çin vətəndaşı, həmçinin Serbiyanın İrandakı diplomatik nümayəndəliyinin 5 əməkdaşı yer alır. Diplomatik korpusun üzvləri hazırda müvafiq qaydada qeydiyyata alınır.
Qeyd edək ki, son 3 saat ərzində sərhəddən keçən təxliyə olunan şəxslərdən 5-i azyaşlıdır.





Sabutay, Bizim.Media, Cənub bürosu.