Səidə Haqverdiyeva barəsində qərar verildi

Azərbaycan Dövlət Kukla Teatrının sabiq quruluşçu rejissoru Səidə Haqverdiyevaya qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Səidə Haqverdiyevanın vəkili Asim Abbasovun apa-ya verdiyi məlumata görə, bu gün Yasamal rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Məhkəmə şikayətin Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığı qənaətinə gəlib. Şikayəti icraata götürülməyib, işə baxılmasından imtina edilib.
 

Xatırladaq ki, ötən ay Dövlət Kukla Teatrının aktrisası Nərmin Əhmədova və onun həyat yoldaşı Əfsun Əhmədov Səidə Haqverdiyeva barəsində xüsusi ittiham qaydasında şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.


Səidə Haqverdiyeva Nərmin Əhmədova və Əfsun Əhmədov barəsində böhtan xarakterli məlumatları sosial şəbəkədə yayaraq şərəf və ləyaqətlərini alçaltmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham irəli sürülüb.

Əfsun Əhmədov həbsdə olan keçmiş hakim Elsun Əhmədovun qardaşıdır. Elsun Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bundan başqa, Elsun Əhmədovla bağlı daha bir cinayət işi Nəsimi rayon Məhkəməsinin icraatındadır.
 

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva ötən ilin dekabr ayında vəzifəsindən azad olunub. Səidə Haqverdiyevanın öz ərizəsi ilə işdən ayrıldığı bildirilib.


Bundan əvvəl isə sözügedən teatr daxildə baş verən qalmaqalla gündəmə gəlib. Səidə Haqverdiyeva Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin həyat yoldaşı olub. İstefa verdiyi gün onların nikahına da xitam verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oxatan BÜRCÜNÜ 2026-cı ildə nə gözləyir: Sevgidə sınaq və...

Oxatan BÜRCÜNÜ 2026-cı ildə nə gözləyir: Sevgidə sınaq və...

İsrail Hizbullah-ın 70-dən çox silah anbarını vurub - VİDEO

İsrail Hizbullah-ın 70-dən çox silah anbarını vurub - VİDEO

İran millisi dünya çempionatından kənarda qala bilər

İran millisi dünya çempionatından kənarda qala bilər

Rza Pəhləvi ölkədə rəsmi vəzifə tutmaq istəmir

Rza Pəhləvi ölkədə rəsmi vəzifə tutmaq istəmir

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə Yaxın Şərqdəki mövcud vəziyyəti MÜZAKİRƏ ETDİ

İrandan TƏXLİYƏ: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçdi - FOTO

İrandan TƏXLİYƏ: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçdi - FOTO

Tramp: “Düşünürdüm ki, müharibə 4 həftə davam edəcək”

Tramp: “Düşünürdüm ki, müharibə 4 həftə davam edəcək”

"Bavariya" Keynlə danışıqlara BAŞLADI

"Bavariya" Keynlə danışıqlara BAŞLADI

"TikTok"da açıq-saçıq videosunu paylaşan qız HƏBS EDİLDİ

"TikTok"da açıq-saçıq videosunu paylaşan qız HƏBS EDİLDİ

Tramp İrana böyük hücum dalğasını ELAN ETDİ

Tramp İrana böyük hücum dalğasını ELAN ETDİ

Elcan Dubayda çətin vəziyyətdə QALDI: “Qiymətlər ikiqat bahalaşıb, xərclər qarşılanmır” - VİDEO

Elcan Dubayda çətin vəziyyətdə QALDI: “Qiymətlər ikiqat bahalaşıb, xərclər qarşılanmır” - VİDEO

Avropa liderləri Trampın İranla bağlı qərarını DƏSTƏKLƏDİ

Avropa liderləri Trampın İranla bağlı qərarını DƏSTƏKLƏDİ

Dubay hava limanları uçuşları qismən bərpa etdi - Xarici ölkə vətəndaşları təxliyə olunur

Dubay hava limanları uçuşları qismən bərpa etdi - Xarici ölkə vətəndaşları təxliyə olunur

Paytaxt yollarında SIXLIQ VAR

Paytaxt yollarında SIXLIQ VAR

İsrail İranda həbsxanaya zərbə endirdi - Məhbuslar azad oldular

İsrail İranda həbsxanaya zərbə endirdi - Məhbuslar azad oldular

Səidə Haqverdiyeva barəsində qərar verildi

Səidə Haqverdiyeva barəsində qərar verildi

"Fənərbağça" kolumbiyalı futbolçu üçün hərəkətə keçdi

"Fənərbağça" kolumbiyalı futbolçu üçün hərəkətə keçdi

Səfərbərlik Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi TƏSDİQLƏNDİ

Səfərbərlik Xidmətinin vahid elektron informasiya sistemi haqqında əsasnaməsi TƏSDİQLƏNDİ

Doğum günü 4 ildən bir qeyd edilən ŞƏHİD - Devid Cəlilovun HƏYAT HEKAYƏSİ - VİDEO

Doğum günü 4 ildən bir qeyd edilən ŞƏHİD - Devid Cəlilovun HƏYAT HEKAYƏSİ - VİDEO

“Polat Alemdar”ı “Yeraltı”nda görə bilərik – FOTO

“Polat Alemdar”ı “Yeraltı”nda görə bilərik – FOTO

ABŞ Yaxın Şərqdə itkilərinin sayını AÇIQLADI

ABŞ Yaxın Şərqdə itkilərinin sayını AÇIQLADI

Şahin Mustafayev Overçukla görüşdü – Müzakirə olunan məsələlər – FOTO

Şahin Mustafayev Overçukla görüşdü – Müzakirə olunan məsələlər – FOTO

Fransa səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Fransa səfiri Azərbaycana TƏŞƏKKÜR ETDİ

Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ

Üzərliklə bağlı daha bir RƏSMİ XƏBƏRDARLIQ

End of content

No more pages to load

RADİO