Bu gün Bakı-Quba avtomobil yolunda avtokran dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azərbaycan Dəmir Yolları" QSC (ADY) yayıb.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə ilə bağlı araşdırma aparılır.
"ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına əməl etməyə çağırır", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Xatırladaq ki, toqquşmas nəticəsində aşan maşına ciddi ziyan dəyib. (Report.az)
Bizim.Media