Goranboyda qohumlar arasında mübahisə qanla nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tərtər rayon sakini, 1979-cu il təvəllüdlü C. Hüseynov qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti diaqnozu ilə Goranboy rayon xəstəxanasına yerləşdirilib.
Ona dərhal əməliyyata götürülüb. Hazırda müalicəsi davam etdirilir. İlkin versiyaya görə, C. Hüseynov öz qayını tərəfindən bıçaqlanıb.
Hadisənin hansı şəraitdə və nəyə görə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu