Astara Sərhəd Gömrük Keçid Məntəqəsindən Türkiyənin 2 vətəndaşının Azərbaycan ərazisinə keçidi təmin edilib.
Bizim.Media xəbər verir ki, Türkiyə vətəndaşı Əmrə jurnalistlərə açıqlamasında bildirib ki, iş məqsədilə İran İslam Respublikasında olub. Bölgədə yaranmış gərgin vəziyyətdən sonra ölkəni tərk etmək qərarına gəlib. Onun sözlərinə görə, əhali arasında təşviş müşahidə olunur, yollarda ciddi sıxlıq yaranıb və adətən 6 saat çəkən səfər 2 gün davam edib. Əmrə hazırda özünü təhlükəsiz hiss etdiyini qeyd edərək göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Bununla yanaşı, 13 nəfər Tacikistan vətəndaşı olan tələbə və həkim briqadasının da sərhəddən keçidi təşkil olunub. Briqada rəhbəri deyib ki, Tehranda təhsil aldıqları müddətdə baş verən partlayışlardan sonra ölkəni tərk etməyə məcbur qalıblar. Sərhədi keçərək Azərbaycana daxil olduqlarını bildirən rəhbər göstərilən köməyə görə təşəkkür edib.


Sabutay, Bizim.Media, Cənub bürosu