ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI

Tarixə xronoloji baxanda bir detal dərhal görünür: ABŞ-ın “hədəfli zərbə” strategiyası zamanla texnoloji cəhətdən dəyişib - işğal əməliyyatlarından pilotsuz dron zərbələrinə qədər.

Bizim.Media xronoloji ardıcıllıqla ABŞ əməliyyatları nəticəsində öldürülən və ya devrilməsi ABŞ müdaxiləsi ilə baş verən liderləri təqdim edir.

1989 – Manuel Noriega



1989-cu ildə ABŞ “Just Cause” əməliyyatı ilə Panamaya müdaxilə edib. Nəticədə, Prezident Manuel Noriega saxlanılaraq ABŞ-a aparılıb.

O, narkotik qaçaqmalçılığı və digər ittihamlarla ABŞ məhkəməsində mühakimə olunaraq, həbs edilib.

2003 - Səddam Hüseyn



ABŞ rəhbərliyində koalisiya qüvvələri 2003-cü ildə İraqa müdaxilə etdi. Səddam Hüseyn devrildi, həmin ilin dekabrında saxlanıldı və 2006-cı ildə İraq məhkəməsinin hökmü ilə edam edildi.

Onun ölümü birbaşa ABŞ tərəfindən həyata keçirilməsə də, hakimiyyətdən uzaqlaşdırılması Vaşinqtonun hərbi müdaxiləsinin nəticəsi idi.

2011 (may) – Osama bin Laden



2 may 2011-ci ildə Pakistanın Abbottabad şəhərində ABŞ xüsusi təyinatlıları tərəfindən keçirilən əməliyyat nəticəsində “Əl-Qaidə” lideri öldürüldü.

Əməliyyat Prezident Barak Obama administrasiyası dövründə həyata keçirildi və 11 sentyabr hücumlarına cavab kimi təqdim olundu.

2011 (sentyabr) – Ənvər Əl-Əvlaki



Yəməndə ABŞ pilotsuz uçuş aparatı ilə həyata keçirilən zərbə nəticəsində öldürüldü.

Bu hadisə xüsusilə mübahisəli idi, çünki əl-Əvlaki ABŞ vətəndaşı idi və məhkəməsiz hədəfə alınmışdı.

2011 (oktyabr) – Muəmmər Qəddafi



Liviya böhranı zamanı NATO qüvvələrinin (ABŞ daxil olmaqla) hava əməliyyatları nəticəsində rejim zəiflədi.

Qəddafi müxalif qüvvələr tərəfindən ələ keçirilib öldürüldü. ABŞ birbaşa qətli törətməsə də, hərbi müdaxilə rejimin süqutunda həlledici rol oynadı.

2026 (yanvar) - Nikolas Maduro



Venesuelanın keçmiş prezidenti, ABŞ xüsusi əməliyyat qüvvələri tərəfindən 2026-cı il yanvarın 3-də ölkədən “ələ keçirildi” və ABŞ-da həbs edildi.

2026 (fevral) - İran ali lideri Seyyid Əli Xamenei



28 fevralda İsrail və ABŞ-nin İrana ani hərbi müdaxiləsi dünyanın əsas gündəminə çevrilib. ABŞ və İsrailin İrana hərbi müdaxiləsi nəticəsində ölkənin ali rəhbəri Əli Xamenei öldürülüb. Bu məlumat İran Dövlət Televiziyası tərəfindən də təsdiqlənib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov İraqın baş nazirinin müavini ilə telefonla danışdı

Ceyhun Bayramov İraqın baş nazirinin müavini ilə telefonla danışdı

ABŞ İrana qarşı əməliyyatda itkilərini açıqladı

ABŞ İrana qarşı əməliyyatda itkilərini açıqladı

Trampa və Netanyahuya təşəkür edirəm - Hersoq

Trampa və Netanyahuya təşəkür edirəm - Hersoq

SEPAH-ın Tehrandakı xəstəxanasına zərbə endirildi

SEPAH-ın Tehrandakı xəstəxanasına zərbə endirildi

Türkiyənin 2 vətəndaşı İrandan Azərbaycana gəldi - FOTO

Türkiyənin 2 vətəndaşı İrandan Azərbaycana gəldi - FOTO

Sabahın havası bu insanlar üçün necə olacaq?

Sabahın havası bu insanlar üçün necə olacaq?

Əhmədinejadın qohumları onun ölüm xəbərini təkzib etdi

Əhmədinejadın qohumları onun ölüm xəbərini təkzib etdi

"Turan Tovuz" - "İmişli" oyununda qolsuz heç-heçə

"Turan Tovuz" - "İmişli" oyununda qolsuz heç-heçə

Türkiyə Hörmüz boğazı ilə bağlı gəmilərinə xəbərdarlıq etdi

Türkiyə Hörmüz boğazı ilə bağlı gəmilərinə xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanı İrana xəbərdarlıq etdi

Səudiyyə Ərəbistanı İrana xəbərdarlıq etdi

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə etdi

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

SEPAH "Həqiqi vəd" əməliyyatının növbəti mərhələlərinə başladı - VİDEO

SEPAH "Həqiqi vəd" əməliyyatının növbəti mərhələlərinə başladı - VİDEO

Ölüm xəbəri yayılan Pezeşkianın ilk videomüraciəti - VİDEO

Ölüm xəbəri yayılan Pezeşkianın ilk videomüraciəti - VİDEO

İsfahanda SEPAH-ın 12 hərbi qulluqçusu öldürüldü

İsfahanda SEPAH-ın 12 hərbi qulluqçusu öldürüldü

Ramazan ayının on birinci gününün iftar vaxtı - FOTO

Ramazan ayının on birinci gününün iftar vaxtı - FOTO

Tehranda Xameneinin xatirəsinə matəm tədbirləri keçiriləcək

Tehranda Xameneinin xatirəsinə matəm tədbirləri keçiriləcək

İranın hücumu zamanı BƏƏ-də 3 nəfər ölüb: Yaralananlar arasında azərbaycanlı da var

İranın hücumu zamanı BƏƏ-də 3 nəfər ölüb: Yaralananlar arasında azərbaycanlı da var

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ÖLDÜRÜLÜB?

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ÖLDÜRÜLÜB?

İran Beyt Şemeşi vurdu: 6 ölü, 23 yaralı var - VİDEO

İran Beyt Şemeşi vurdu: 6 ölü, 23 yaralı var - VİDEO

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI

ABŞ-ın öldürdüyü və saxladığı liderlər - SİYAHI

Xamenei harada dəfn olunacaq?

Xamenei harada dəfn olunacaq?

İran Yerusəlimə zərbə endirdi - Altı ölü, onlarla yaralı var - VİDEO

İran Yerusəlimə zərbə endirdi - Altı ölü, onlarla yaralı var - VİDEO

500-ə yaxın Rusiya vətəndaşı İrandan Azərbaycana GƏLDİ

500-ə yaxın Rusiya vətəndaşı İrandan Azərbaycana GƏLDİ

End of content

No more pages to load

RADİO