Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba 5 saylı yol istismar idarəsinin əməkdaşları səhər saatlarından yollarda qarın təmizlənməsi prosesinə başlasalar da Xınalığa gedən yolun açılması hələ mümkün olmayıb.
Xınalıq icra nümayəndəsi Nəsimi Məmmədov günün sonunacan yolun açılması üçün işlərin davam etdiriləcəyini deyib. Xınalıq kəndinin özünə 45 sm qar yağıb.
Kənd sakini Namiq Xınalıqlı da rayon mərkəzindən gələn yolun bağlı olduğunu bildirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu