İsmayıllıda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şirin su adlanan ərazisində qeydə alınıb. Belə ki, qəza zamanı Ford, Hyundai və VAZ 21011 markal avtomobillər toqquşub.
Əldə etdiyimiz ilkin məlumata görə qəza nəticəsində iki nəfər dünyasını dəyişib, bir neçə nəfər isə ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və hadisənin baş vermə səbəbləri araşdırlır.


Bizim.Media, Aran bürosu