Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarına İrana səfər etməkdən müvəqqəti çəkinməyi tövsiyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə XİN bəyanat yayıb.
Məlumatda qeyd olunub ki, buna səbəb İran ətrafında davam edən gərginlikolub. Vətəndaşlara vəziyyət sabitləşənə qədər İrana səfər etməkdən çəkinmələri məsləhət görülüb.
İran ərazisində olan vətəndaşlara imkan daxilində ölkəni tərk etmək, yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək, ayıq-sayıq olmaq, xəbərləri izləmək və yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi şəkildə əməl etmək tövsiyə olunub.
Bizim.Media