Şamaxı rayonunda daha bir zəlzələ qeydə alınıb.
Bu barədə Bizim.Media-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
3.3 maqnitudalı zəlzələ yerli vaxtla 16:05-də baş verib. Yeraltı təkanın dərinliyi 10 km-dir.
*** 16:01
Şamaxı rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Təkanlar yerli vaxtla 15:52-də, yerin 12 km dərinliyində qeydə alınıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Bizim.Media