Sabah maraqlı astronomik hadisə baş verəcək

Sabah maraqlı astronomik hadisə olan "Planetlər paradı" fenomeni baş verəcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya verilən məlumata görə, bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər.

Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq.

Həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da məhz Günəşin batmasından dərhal sonrakı dövrdür. Mars isə saat 17:28-də batdığı üçün sözügedən paradda iştirak etməyəcək.
 

Venera saat 19:31-də, Merkuri isə saat 19:37-də batdığından, paradı izləmək üçün uyğun zaman intervalı 18:30–19:37 aralığıdır. Ümumilikdə, Günəş batdıqdan sonra ilk 30-40 dəqiqə ərzində müşahidə aparmaq daha məqsədəuyğundur. Çünki sonra planetlərin hamısını eyni anda səmada görmək mümkün olmayacaq.


Merkuri və Venera Günəşə yaxın yerləşdiklərinə, Saturn isə Yerdən müşahidə üçün əlverişsiz mövqedə olduğuna görə adi gözlə o qədər də aydın seçilmirlər. Uran və Neptunu isə yalnız kiçik teleskoplar vasitəsilə müşahidə etmək mümkündür.

"Planetlərin paradı" bir neçə formada baş verə bilər. Mini parad – 3 planetin, Kiçik parad - 4 planetin, Böyük parad - 5 və ya 6 planetin, Tam parad - bütün 7 planet və bəzən Plutonun da Yer səmasında eyni xətt boyunca düzülməsi müşahidə edilir.

Planetlərin paradı tamamilə vizual xarakter daşıyır. Yer səmasında onlar ardıcıl düzülmüş kimi görünsələr də, kosmosda planetlərin real konfiqurasiyası fərqli olur.

Cari konfiqurasiyanı müvafiq keçid vasitəsilə izləmək mümkündür. Bundan başqa, planetlərin səmadakı mövqeyini daha asan müəyyənləşdirmək üçün Sky Map, Stellarium və ya Sky Tonight kimi tətbiqlərdən istifadə etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qurban Yetirmişli: “Şamaxıda zəlzələdən sonra afterşoklar davam edir”

Qurban Yetirmişli: “Şamaxıda zəlzələdən sonra afterşoklar davam edir”

Bu həkimlər də sertifikasiyaya CƏLB OLUNA BİLƏR

Bu həkimlər də sertifikasiyaya CƏLB OLUNA BİLƏR

Mart gəlməmiş qapınızın ağzına sirkə çiləyin

Mart gəlməmiş qapınızın ağzına sirkə çiləyin

"Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun" — Məşhur seysmoloq

"Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun" — Məşhur seysmoloq

AHİK sədri: “ABŞ, Kanada və İsraildən bizim sanator-kurort mərkəzlərinə gələnlər var”

AHİK sədri: “ABŞ, Kanada və İsraildən bizim sanator-kurort mərkəzlərinə gələnlər var”

Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO

Talıb Taledən efir qadağası iddiası ilə bağlı AÇIQLAMA -ÖZƏL/VİDEO

Cüdoçularımız FİNALDA

Cüdoçularımız FİNALDA

Şamaxıdakı zəlzələdə dağıntı və xəsarət alan olub? – RƏSMİ AÇIQLAMA

Şamaxıdakı zəlzələdə dağıntı və xəsarət alan olub? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda daha bir zəlzələ oldu – YENİLƏNİB

Azərbaycanda daha bir zəlzələ oldu – YENİLƏNİB

Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir YEKUNLAŞMAQ ÜZRƏDİR – FOTO

Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir YEKUNLAŞMAQ ÜZRƏDİR – FOTO

Azərbaycana gələn dörd nəfərdən QIZIL KÜLÇƏLƏR aşkarlandı - FOTO

Azərbaycana gələn dörd nəfərdən QIZIL KÜLÇƏLƏR aşkarlandı - FOTO

Hoteldəki faciəyə görə ayrıca cinayət işi ayrılıb - Mehdiyevlər dindirilib

Hoteldəki faciəyə görə ayrıca cinayət işi ayrılıb - Mehdiyevlər dindirilib

Güclü külək əsir, qar yağır - FAKTİKİ HAVA

Güclü külək əsir, qar yağır - FAKTİKİ HAVA

Efir qadağası ilə bağlı iddialara İbrahim Borçalıdan REAKSİYA – ÖZƏL

Efir qadağası ilə bağlı iddialara İbrahim Borçalıdan REAKSİYA – ÖZƏL

“Neftçi” baş məşqçisini istefaya GÖNDƏRDİ

“Neftçi” baş məşqçisini istefaya GÖNDƏRDİ

"Efir qadağası qoyulanların adları tam deyil" - Tolik yeni siyahının ANONSUNU VERDİ

"Efir qadağası qoyulanların adları tam deyil" - Tolik yeni siyahının ANONSUNU VERDİ

Komitə sədri: “450 mindən çox iş yeri açıla bilər”

Komitə sədri: “450 mindən çox iş yeri açıla bilər”

Prezident və birinci xanımın adından Efiopiya baş nazirinin şərəfinə RƏSMİ NAHAR - VİDEO

Prezident və birinci xanımın adından Efiopiya baş nazirinin şərəfinə RƏSMİ NAHAR - VİDEO

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlandı – RƏSMİ

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı hazırlandı – RƏSMİ

Mart ayının HAVASI: 28 dərəcə isti olacaq – RƏSMİ

Mart ayının HAVASI: 28 dərəcə isti olacaq – RƏSMİ

Ötən il turizm sektorunda yaradılan iş yerlərinin SAYI AÇIQLANDI

Ötən il turizm sektorunda yaradılan iş yerlərinin SAYI AÇIQLANDI

ETX “Narketing163”ün kiberhücumunun QARŞISINI ALDI

ETX “Narketing163”ün kiberhücumunun QARŞISINI ALDI

Tolikin verilişinin bağlanmasına Səidədən REAKSİYA: "Təşəkkür edirik" – FOTO

Tolikin verilişinin bağlanmasına Səidədən REAKSİYA: "Təşəkkür edirik" – FOTO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Martın 1-dən... – FOTO

Masazır sakinlərinə ŞAD XƏBƏR – Martın 1-dən... – FOTO

End of content

No more pages to load

RADİO