WUF13-ə hazırlıq prosesi üzrə media brifinq keçirilib

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülmüş işlərə dair media brifinq keçirilib.

Bizim.Media xəbər verir ki, brifinq iştirakçılarına sessiyaya hazırlıq prosesi çərçivəsində həyata keçirilən işlərə dair ən son məlumatlar, WUF13 saytı və mərkəzləşdirilmiş rezervasiya platforması təqdim olunub.
 

Media brifinqdə WUF13-ün Milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva çıxış edərək bildirib ki, 13-cü Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi  və 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması vahid strateji yanaşmanın tərkib hissəsidir.


Bu təşəbbüslər ölkənin şəhərsalma sahəsində prioritetlərini beynəlxalq platformada nümayiş etdirmək, regiona qlobal diqqəti artırmaq, həmçinin müzakirələri real və davamlı nəticələrə əldə etmək baxımından mühüm və unikal imkan yaradır.

O vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Bakıda mənzil və şəhərsalma məsələlərinin ən yüksək siyasi səviyyədə müzakirəsinin təşkili bu sahənin qlobal gündəlikdə prioritet mövqe tutmasına və qərar qəbuletmə prosesində daha sistemli yanaşmanın formalaşmasına mühüm töhfə verəcək.

Qeyd olunub ki,  WUF13 “sadəcə bəyannamələr platforması deyil, mənzil təminatı və şəhər dayanıqlılığı sahəsində icra, tərəfdaşlıq və konkret addımlara yönəlmiş bir forum olacaq.”

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna toxunaraq bildirdi ki, tədbir çərçivəsində əsas diqqət təxminən 3 milyard nəfəri əhatə edən qlobal mənzil böhranına yönəldiləcək.

O, 2026-cı ilin qlobal şəhərsalma gündəliyi baxımından xüsusi əhəmiyyətini də qeyd etdi:

“Bu il Ümumdünya Şəhərsalma Forumu sadəcə bir konfrans olmayacaq. Biz Yeni Şəhərsalma Gündəliyinin 10 illiyini qeyd etməklə yanaşı, DİM11-in dayanıqlı şəhərlər və icmalar üzrə irəliləyişini də nəzərdən keçirəcəyik. Bu, həyata keçirdiyimiz işlərin cari vəziyyətini qiymətləndirmək və gedişatı sürətləndirmək üçün imkan yaradacaq.”
 

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə Azərbaycanın WUF13 kimi qlobal tədbirlərin təşkilatçılığı üzrə geniş işgüzar turizm təcrübəsinə malik olduğunu, turizm sənayesinin, o cümlədən hotellərin qonaqları qarşılamağa hazır olduğunu bildirib.


O qeyd edib ki, yerləşmə vasitələrində xidmət keyfiyyətinin artırılması üzrə, eləcə də yerləşmə vasitələrindəki və müstəqil fəaliyyət göstərən iaşə obyektləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Kənan Quluzadə, həmçinin WUF13 çərçivəsində Agentlik tərəfindən “İrs məskənlərinin icmayönümlü turizm vasitəsilə transformasiyası” mövzusunda panel sessiyanın təşkili və sərgi zonasında milli turizm stendinin qurulması haqqında məlumat verib.

WUF13 tədbirinə hazırlıq çərçivəsində aparılan əsas əməliyyatları, eləcə də rəsmi məkan olan Bakı Olimpiya Stadionunda həyata keçirilən tikinti və quraşdırma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Media brifinqində rəsmi www.wuf13.az saytı təqdim edilib. Azərbaycan və ingilis dillərində hazırlanmış sayt 2026-cı ilin may ayında Bakıda keçiriləcək qlobal tədbirə qatılmaq istəyənlər üçün əsas bələdçi funksiyasını yerinə yetirəcək.

Sayt istifadəçilərə WUF13 tədbiri, viza prosedurları, yerləşmə və nəqliyyatla bağlı vacib logistika məlumatlarını əldə etmək imkanı yaradır, eyni zamanda Azərbaycanın zəngin mədəni irsini və şəhərsalma tarixini təqdim edən interaktiv rəqəmsal resurs rolunu oynayır. Ziyarətçilər “Tarixi izimiz” (Our Urban Trace) bölməsində ölkəmizin şəhərsalma tarixi tanış ola, “Azərbaycan xəzinələri” (Treasures of Azerbaijan) bölməsində isə Azərbaycanın memarlığı, milli mətbəxi və təbiəti haqqında ətraflı məlumat əldə edə bilərlər.

Məlumat verilib ki, internet səhifəsi istifadənin əlçatanlığı üçün inklüzivlik standartlarına əsaslanaraq həm ümumi, həm də fiziki məhdudiyyətli istifadəçilərimiz üçün xüsusi əlçatanlıq funksiyalarını özündə birləşdirir. Brifinq zamanı ölkəyə səfər edəcək tədbir iştirakçıları üçün müxtəlif qonaqlama imkanlarını təqdim edən WUF13-ün rəsmi mərkəzi rezervasiya platforması - //accommodation.wuf13.az/  nümayiş olunub.

Platforma iştirakçılara əlavə xərc tələb etmədən səfərlərini asanlıqla planlaşdırmaq imkanı yaradır.

Burada sabit qonaqlama qiymətləri, hava limanından qarşılama və yola salma xidmətləri, eləcə də gündəlik transferlərin təşkili təmin olunur. Mərkəzi rezervasiya platforması 1 ulduzlu hotellərdən 5 ulduzlu hotellərə və kirayə mənzillərə qədər hər büdcəyə uyğun geniş seçimlər təqdim edir. Hazırda platformada 60-dan çox hotel və qonaqlama məkanları mövcuddur.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası ilə bağlı ətraflı məlumatı www.wuf13.az veb-səhifəsindən ala bilərsiniz.

Şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda 2026-cı ilin 17–22 may tarixlərində Bakıda keçiriləcək.  Bu tədbir vasitəsilə iştirakçılar bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqləndi – SƏRƏNCAM

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqləndi – SƏRƏNCAM

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Azərbaycan vətəndaşı Türkiyədə qəzada həyatını itirdi – FOTO

Azərbaycan vətəndaşı Türkiyədə qəzada həyatını itirdi – FOTO

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Xocavənd şəhərində 41 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Qusarda keçirilən konfransda canlı cərrahi əməliyyat nümayiş olundu - VİDEO

Qusarda keçirilən konfransda canlı cərrahi əməliyyat nümayiş olundu - VİDEO

Çağırışçı bildirişi oxumasa, məsuliyyət DAŞIYIR? - Rəsmi AÇIQLAMA

Çağırışçı bildirişi oxumasa, məsuliyyət DAŞIYIR? - Rəsmi AÇIQLAMA

Rəqəmsal İnkişaf Şurası yaradıldı – Mehriban Əliyeva SƏDRLİK EDƏCƏK

Rəqəmsal İnkişaf Şurası yaradıldı – Mehriban Əliyeva SƏDRLİK EDƏCƏK

Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

Bu məmurlar büdcədən taladıqları 244 min manatı geri qaytardılar

Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI

Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI

“Qarabağ” ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirdi

“Qarabağ” ukraynalı futbolçusu ilə bağlı iddialara aydınlıq gətirdi

Mehriban Əliyeva Efiopiyanın birinci xanımı ilə GÖRÜŞDÜ - VİDEO

Mehriban Əliyeva Efiopiyanın birinci xanımı ilə GÖRÜŞDÜ - VİDEO

Xocalı faciəsinin sağ qalan şahidi ana oldu – VİDEO

Xocalı faciəsinin sağ qalan şahidi ana oldu – VİDEO

Heyətinə ən çox pul xərcləyən klublar – SİYAHI

Heyətinə ən çox pul xərcləyən klublar – SİYAHI

Vitse-spiker: “Əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır”

Vitse-spiker: “Əslində Milli Məclis yox, Millət Məclisi olmalıdır”

Bakı Olimpiya Stadionu WUF13-ə belə hazırlanır – VİDEO

Bakı Olimpiya Stadionu WUF13-ə belə hazırlanır – VİDEO

43 yaşlı həkimin əməliyyatdan sonra ölümü ilə bağlı SENSASİON DETALLAR – “Şah damarını partlatdılar” - ÖZƏL

43 yaşlı həkimin əməliyyatdan sonra ölümü ilə bağlı SENSASİON DETALLAR – “Şah damarını partlatdılar” - ÖZƏL

Elgiz verilişi bağlandıqdan sonra ilk dəfə bu paylaşımı etdi – FOTO

Elgiz verilişi bağlandıqdan sonra ilk dəfə bu paylaşımı etdi – FOTO

Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Mədəniyyət sahəsində qrant almaq istəyənlərin NƏZƏRİNƏ

Deputatdan müğənnilərə SƏRT TƏNQİD – “Bilmirsən siyasi xadim, yoxsa boksçu jestidir”

Deputatdan müğənnilərə SƏRT TƏNQİD – “Bilmirsən siyasi xadim, yoxsa boksçu jestidir”

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə GÖRÜŞÜ: Mühüm sənədlər imzalandı

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə GÖRÜŞÜ: Mühüm sənədlər imzalandı

Nigar Əkbərovaya yüksək vəzifə verildi – FOTO

Nigar Əkbərovaya yüksək vəzifə verildi – FOTO

Əfqanıstan-Pakistan sərhədində döyüşlər YENİDƏN BAŞLADI – VİDEO

Əfqanıstan-Pakistan sərhədində döyüşlər YENİDƏN BAŞLADI – VİDEO

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

Sabah qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ

SON DƏQİQƏ! İranla sərhəddə silahlı İNSİDENT – Dörd nəfər... – FOTO

SON DƏQİQƏ! İranla sərhəddə silahlı İNSİDENT – Dörd nəfər... – FOTO

End of content

No more pages to load

RADİO